Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:09

Ermənistan prezidenti NATO-ya Azərbaycandan şikayət edir


Serzh Sarkisian NATO qərargahında, 06 mart 2012
Serzh Sarkisian NATO qərargahında, 06 mart 2012
Martın 6-da Ermənistan prezidenti Serzh Sargsyan Brüsseldə NATO baş qərargahında görüşlər keçirib.

Sargsyan NATO Baş Katibi Anders Fogh Rasmussenlə görüşüb və Şimali Atlantika Şurasında çıxış edib.

O Azərbaycandan şikayət edib. Deyib ki, Azərbaycan hakimiyyəti ermənilərə qarşı nifrəti qızışdırmağa davam edir və elə bir neçə gün bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev azərbaycanlıların dünyadakı düşmənləri arasında erməni xalqının adını çəkib.

Sargsyan deyib ki, onun fikrincə dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməlidir.
(Ermənistan rəhbərliyi Xocalı faciəsinin 20-ci ildönümündəki çıxışlara işarə vurur).

Ermənistan prezidenti deyib ki, NATO rəhbərliyi də razılaşır ki, Dağlıq Qarabağ münaqişəsi ancaq sülh yoluyla və Minsk qrupunun vasitəçiliyi həll edilməlidir. Sargsyanın sözlərinə görə, bu münaqişə ancaq xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi və təhlükəsizlik təminatları verilməklə həll edilə bilər.

Ötən ay Azərbaycan prezidenti İlham Əliyev də Brüsseldə NATO rəsmiləri ilə görüşmüşdü. O görüşdən sonra İlham Əliyev NATo rəhbərliyi müzakirədə münaqişənin ərazi bütövlüyü prinsipi təmin edilməkdə həll edilməsi məsələsində həmrəy olduqlarını demişdi.
XS
SM
MD
LG