Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:59

«Jurnalistə hədələr araşdırılmalıdır»


Xədicə İsmayılova
Xədicə İsmayılova
Jurnalistləri Müdafiə Komitəsi (JMK) korrupsiya, o cümlədən prezident İlham Əliyevin offşor biznesi haqda araşdırmalar aparan jurnalist Xədicə İsmayılovaya qarşı hədələri pisləyir.

«Biz həmkarımız Xədicə İsmayılovanı susdurmaq üçün intim taktikasından istifadə edilməsini eşidib dəhşətə gəldik. Biz Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinə zəmanət verməyə və cinayətkarları ədalət mühakiməsinə gətirməyə çağırırıq. İsmayılova Azərbaycanın ən cəsarətli və azad jurnalistlərindən biridir. Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar», - JMK-nın Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Ognianova bildirib.

Martın 7-də naməlum şəxslər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək istəyiblər. Jurnalistin ev ünvanına gələn poçtda onun susması tələb olunur, əks halda intim şəkillərini yaymaqla onun rüsvay ediləcəyi yazılır.
XS
SM
MD
LG