Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:45

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Abbasov Hafiz Tovariş oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 20 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

2. Abbasov Xanoğlan Ata oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayon məhkəməsinin 2010-cu il 17 may tarixli hökmü ilə məhkum edilmişdir.

3. Abuşov Misir Sakit oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 17 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

4. Ağayev Məmməd Məzahir oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2010-cu il 13 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

5. Alıyev Ağaverdi Abdürrəhim oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon məhkəməsinin 2010-cu il 4 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

6. Babayev Nadir Ağababa oğlu, 1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 25 may tarixli hökmü ilə məhkum edilmişdir.

7. Babayev Tərlan İmran oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2010-cu il 26 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

8. Baxşıyev Amil Ələkbər oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 23 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

9. Balacayev Fariz Volodya oğlu, 1979-cu ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 21 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

10. Bəşirov Ruslan Cəlil oğlu, 1978-ci ildə anadan olmuş, , Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

11. Dadaşov Tehran Şirincan oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 2009-cu il 30 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

12. Əhmədov Məhəmməd İlqar oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayon məhkəməsinin 2009-cu il 17 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

13. Əlağayev Oruc Ağaşirin oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt hərbi məhkəməsinin 2009-cu il 25 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

14. Ələkbərov Elşad Akif oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2011-ci il 15 mart tarixli hökmü ilə məhkum edilmişdir.

15. Əmirov Nemət İqbal oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam hərbi məhkəməsinin 2009-cu il 29 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

16. Əsədov Kamil Mətləb oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 11 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

17. Əzimov Sadiq Sahib oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2010-cu il 18 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

18. Feyziyev Cavanşir Feyziyeviç, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 26 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

19. Həsənov Bəhruz Əyyub oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 2 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

20. Həsənov Elçin Qinyaz oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2010-cu il 25 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

21. Həsənov Həsən Kamil oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

22. Həziyev Xəyal Feyruz oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2010-cu il 31 may tarixli hökmü ilə məhkum edilmişdir.

23. Hüseynov Abduləhəd Qurban oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayon məhkəməsinin 2010-cu il 7 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

24. Hüseynov Fuad Cabir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2009-cu il 8 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

25. İsrəfilov Elnur Arif oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

26. Qarayev Aydın Əmirəhməd oğlu, 1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 26 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

27. Qasımov Aydın Zahid oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

28. Qasımov Emin Vahid oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

29. Qubçenko Dmitri Yuryeviç, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.

30. Quliyev Ədail Gülbaba oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 21 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

31. Qurbanov Tural Müzəffər oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2008-ci il 21 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

32. Mehdiyev Elşad Əsəd oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 17 may tarixli hökmü ilə məhkum edilmişdir.

33. Mehdiyev Qabil Eldar oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon məhkəməsinin 2009-cu il 16 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

34. Məmmədov Əli Sadıq oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 13 may tarixli hökmü ilə məhkum edilmişdir.

35. Məmmədov Hüseyn Elxan oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 21 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

36. Məmmədov Teymur Sabir oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 21 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

37. Məmmədova Rəna Hacıbala qızı, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 18 mart tarixli hökmü ilə məhkum edilmişdir.

38. Mərdiyev Rahim Rufulla oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

39. Muxtarov Seyfulla Eynulla oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 30 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

40. Musayev Ulxan İsmayıl oğlu, 1978-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 21 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

41. Nağıyev Alı Əli oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2009-cu il 10 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

42. Nəzərov Röyal Şahrza oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2010-cu il 6 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

43. Novruzov Asiman Arif oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2010-cu il 15 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

44. Nuriyev Müşfiq Allahşükür oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 26 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

45. Nuriyev Teymurşah Gülməmməd oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2008-ci il 2 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

46. Rəisov İbrahim Ömər oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 13 may tarixli hökmü ilə məhkum edilmişdir.

47. Rəsulov Mirzə Şirinağa oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon məhkəməsinin 2010-cu il 9 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

48. Salamov Rəşad Aydın oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2010-cu il 1 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

49. Səfərov Məmmədbağır Qarsalan oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 8 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

50. Səmədov Söhrab Səyyad oğlu, 1974-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 21 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

51. Şahsuvarov Üzeyir Arif oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 9 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

52. Şaruxi Əli Yaqub oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2007-ci il 6 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

53. Şükürov Ramil Əkbər oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

54. Tağıyev Cavid Zahid oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 22 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

55. Tahirov Ramil Ədəhəm oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 27 mart tarixli hökmü ilə məhkum edilmişdir.

II. Gəncə şəhər Nizami rayon məhkəməsinin 2011-ci il 26 avqust tarixli qərarı ilə islah işləri cəzasını çəkən, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı İsgəndərova Elnarə Namil qızı cəzadan azad edilsin.

III. Cərimə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad edilsinlər:

1. Qurbanov Aqil İslam oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab rayon məhkəməsinin 2011-ci il 9 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

2. Mamedov Əjdər Əli oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 2010-cu il 5 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

3. Məlikov Kamal Şirməmməd oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayon məhkəməsinin 2010-cu il 27 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

4. Məmmədov Mirzəhüseyn Ağahüseyn oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2010-cu il 29 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

5. Məsimova Rəna Əlitəyyar qızı, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər məhkəməsinin 2011-ci il 16 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

6. Mürşüdov Rusif Zöhrab oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı hərbi məhkəməsinin 2010-cu il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

IV. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2012-ci il.
XS
SM
MD
LG