Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:35

Şekspirin kitabını oğurlayıb məhbəsə düşdü və öldü...


19 Dekabr 2009
19 Dekabr 2009
«İKİLİ ELVİS» 50 MİLYON DOLLARA SATILA BİLƏR


Sotheby's auksionu əfsanəvi müğənni, «Beatleas» qrupunun solisti Elvis Presleyin təsvir olunduğu ikili portreti hərraca çıxarmağa hazırlaşır.

Tablonu ABŞ-lı rəssam Endi Uorhol (Andy Warhol) 1963-cü ildə çəkib.

Elə həmin il tablo Los Angelesdəki Ferus Galeri-də sərgilənib.

Elvis Presley
Elvis Presley
Xəbəri yayan «Associated Press Agentliyi» rəsm əsərini satan adamın adının gizli saxlandığını bildirir və əlavə edir ki, həmin şəxs kolleksiyaçıdır.

Hərracın mayın 9-da Nyu-Yorkda baş tutacağı xəbər verilir.

«İkili Elvis»ə («Double Elvis») 30 və 50 milyon arası qiymət qoyulub.

Sotheby's auksionu Elvisin bu rəsminin 1995-ci ildən bəri ilk dəfədir ki, açıq hərraca çıxarıldığını bildirib.

Sən demə, rəssam Worhol Elvis Presleyin 22 portretini çəkibmiş.

Onların doqquzu muzey kolleksiyalarını bəzəyir. Bu portretdə isə Presli kovboy obrazındadır. Əsər gümüşü və qara rənglərlə işlənib.

Rəsm əsərinin satılmazdan əvvəl Los-Ancelesdə, Londonda və Honkonqda göstəriləcəyi xəbər verilir.

Xatırladaq ki, tanınmış rəssam, prodüser və yayımçı olan Andy Warhol bütün dünyada «Pop Art'ın atası» kimi tanınır.

Warhol-un 1963-64-cü illlərdə çəkdiyi “Self-Portrait (Otoportre)» adlı tablosu keçən il 38,4 milyon dollara satılıb.

Warhol 1987-ci ildə 58 yaşında dünyadan köçüb.


85-Cİ «OSKAR» MÜKAFATININ TƏQDİMAT VAXTI AÇIQLANDI


Amerika Kino Akademiyası 85-ci «Oskar» mükafatının verilmə tarixini açıqlayıb.

Təqdimat mərasimi 2013-cü il fevralın 24-də - bazar günü gerçəkləşəcək.

Bu barədə «The Wrap» saytı xəbər yayıb.

Mükafatın nominantları 2013-cü il yanvarın 15-i açıqlanacaq.

Bir ara mətbuatda Kino Akademiyasının mükafatın təqdimat mərasimini bir ay geri çəkəcəyi barədə xəbər dolaşırdı.

Amma göründüyü kimi tarix əvvəlki kimi qalıb.

Oskar mükafatı
Oskar mükafatı
Bu il də mükafatın təqdimat mərasimi qışın son bazar günündə-fevralın 26-da baş tutub, namizədlər isə yanvarın 24-də bilinib.

84-cü «Oskar»ın «Ən yaxşı film» nominasiyasının qalibi Mişel Xazanaviçusun «Artist» filmi olub.

10 nominasiyada təqdim olunan film ancaq 5 nominasiyada qalib gəlib.


MOSKVA PARİSƏ QONAQ GƏLİB


Martın 16-da Parisdə Fransanın əsas kitab sərgisi sayılan Beynəlxalq Kitab Salonu 32-ci dəfə açılıb.

Lenta.Ru xəbər saytı bildirir ki, builki kitab sərgisinin fəxri qonaqlarından biri Moskvadır.

Təşkilatçıların Paris sərgisinə Moskva nəşriyyatlarının çap etdiyi 500 kitabla, həmçinin «Moskva kitab sərgisi»nin proqramına daxil olan kitablarla gəldiyi xəbər verilir.

Paris Kitab Salonuna 2 min yazıçının dəvət edildiyi bildirilir.

Rusiyanı 18 yazıçı təmsil edir.

Rus yazıçıların arasında Olqa Sedakovanın, Olqa Slavnikovanın, Boris Akuninin, Tatyana Tolstayanın, Mixail Şişkinin və b. olduğu deyilir.

Salonun mətbuat xidməti bu il sərgidə Moskvanın böyük bir salonu, hətta ədəbi kafesi olduğunu bildirir.

Builki Beynəlxalq Kitab Salonunun ikinci fəxri qonağı Yaponiyadır. Salonda Yaponiyanı 20 müasir yapon müəllifi təmsil edir.

Sərgidə bir gün tərcümə probleminə və elektron kitab sahəsində müasir meyllər məsələsinə yer ayrılacağı xəbər verilir.


ŞEKSPİRİN KİTABINI OĞURLAYIB MƏHBƏSƏ DÜŞDÜ VƏ ÖLDÜ…


Britaniyalı Reymond Skott (Raymond Scott) kamerasında ölü tapılıb.

Bu həmin Skottdur ki, dahi Şekspirin pyeslərinin ilk nəşrini oğurlamaqda təqsirli bilinib həbsxanaya atılmışdı.

The Daily Mail qəzetinin verdiyi xəbərə görə, polislər Skotun ölümünün cinayət olduğunu düşünmürlər.

Qəzet təsdiq olunmayan məlumata görə, ölümün özünə qəsd kimi nəzərdən keçirildiyini yazır.
Kitab Şekspirin vəfatından 7 il sonra nəşr olunub
Kitab Şekspirin vəfatından 7 il sonra nəşr olunub

Sky News isə Skotun boğazının kəsildiyini bildirir və əlavə edir ki, müstəntiqlər dustağın ölümünü şübhəli saymırlar.

Xatırladaq ki, Reymond Skot 2010-cu ildə Şekspirin pyesinin ilk nəşrini oğurladığına görə həbs olunmuşdu.

O kitabı 1998-ci ildə Daremdə universitet sərgisindən oğurlayıb.

İstintaq Vaşinqtondakı Şekspir kitabxanasının müraciətinə görə onun izinə düşüb.

Skot kitabı satmazdan öncə ekspertizadan keçirmək üçün bura üz tutubmuş.

Kitab 1623-cü ildə - Şekspirin vəfatından 7 il sonra nəşr olunub.

Dünyada o nəşrdən təxminən 200 nüsxə qalıb.

Kitab öz sahiblərinə - Daremdəki universitetə qaytarılıb.

Amma təəssüf ki, Skot iz azdırmaq üçün kitabın üz qabığını və titul vərəqini cırıb.
XS
SM
MD
LG