Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:55

Aqrolizinq nələr alıb, neçəyə alıb?


Arxif foto
Arxif foto
-


Aqrolizinq ASC 2011-ci ildə 52 milyon 640 min manatlıq tender keçirib. Bu barədə Satınalmalar üzrə Dövlət Agentiliyinin saytında məlumat verilir.

BİRİ 3 630 MANATA İNƏK

Aqrolizinq 2011-ci ildə "Swisspoint Merchates Limited"dən 727 min 776 manata 200 baş Südlük-ətlik istiqamətli Simmental cinsli, 5 082 525 manata 1400 baş Südlük istiqamətli Holştin-Friz və Svis cinsli mal-qara alıb. 2011-ci ildə cins damazlıq qaramal üçün isə 132 min 260 manata yem alınıb.

13 MİLYON MANATA GÜBRƏ…

Aqrolizinq ASC-nin Azot NH2NO3 mineral gübrənin alınması ilə bağlı tenderi "Bioline Consulting" LTD udub. Gübrəyə 13 milyon 163 min 904 manat ayrılıb.
"Royal Olimpik Group" MMC-dən isə 250 min manata 10 min ədəd gübrə anbarı üçün taxta altlıqları alınıb.

8 MİN MANATA BİR KOMBAYIN TƏMİR OLUNUB

5 ədəd kombaynın təmir olunması ilə bağlı tenderdə isə “Servis-Reklam LTD" MMC qalib gəlib. 5 kombayının təmiri üçün MMC-yə 39 min 50 manat ayrılıb.

Aqrolizinq 644 min 766 manata "Ninox Alliance LTD"dən 10 ədəd taxılyığan kombayn alıb. Traktorların əsaslı təmiri üçün ehtiyat hissələrinin alınmasına 39 min 648 manat ayrılıb.
Meyvə qurutma avadanlıqlarının və quraşdırma işləri648 018,81
süd emalı üçün avadanlığın alınması460 000
Kürdəmir rayonunda 55 və 57 ha sahədə damcılı suvarma sisteminin avadanlıqlarının alınması quraşdırılmasına392 117,91
Ismayilli rayonunda qəfəs tipli broyler yetişdirmə avadanlıqlarının alınması quraşdırılmasına 352 000
Zirə qəsəbəsində 2 ha sahədə istixana avadanlıqlarının və onların quraşdırılmasın2 295 390,32
220 ha əkin sahəsində damcılı suvarma avadanlıqlarının alınması və quraşdırılmasına620 189,76
250 kv-luq gücə malik elektrik tənzimləyicisinin alınmasına7 945
Qaz kontrollu 800 tonluq soyuducu kamera avadanlıqlarının alınmasına670 000
İstixana üçün avadanlıqlarının alınmasına348 562,5
Elektrik yükləyicilərinin alınmasına570 395,12
167 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının alınmasına 664 186,89
"Aqrolizinq" ASC-nin Gəncə RATB-nin artezian su quyusunun qazılması işlərinə22 615,6
Soyuducu kamera üçün çeşidləmə və qablaşdırma avadanlıqlarının alınmasına299 344
Siyəzən rayonunda quşçuluq sexi üçün avadanlıqların alınmasına115 551,54
Yeyinti məhsullarının emalı üçün avadanlıqların alınmasına143 500
Yem istehsal xətti üçün separatorun və qranul hazırlayan avadanlıqların alınması237 096,972
Hövsan qəsəbəsində 60 min baş broyler və 2 dəst inkubator avadanlıqlarının alınmasına346 890,6
Soyuducu kamera üçün 4000 ədəd aqroboksun alınmasına509 449,6
Qubada tutumu 500 ton olan soyuducu anbar avadanlıqlarının alınması497 024
Hövsan qəsəbəsində 450 min baş quşun saxlanması üçün kümes tipli avadanlıqların alınması480 093,55
Goranboyda 170 ha sahədə damcılı suvarma sistemi avadanlıqlarının alınması və quraşdırılmasına685 583,52
300 kilo/kalori gücü olan istixana qızdırıcı (kolorifer) avadanlıqlarının alınmasına312 840,18
Yem istehsalı və qurudulması üçün avadanlıqların alınmasına96 995,5
Abşeron rayonunda 2 ha sahəsi olan istixana avadanlıqlarının quraşdırılması işləri və xidmətlərə6 577 439
Hər birinin 2 ha sahəsi olan 4 ədəd alınmış istixana avadanlıqlarının quraşdırılması, digər xidmətlərə841 053,56
Tutumu 800 ton, 600 ton və 600 ton olan 3 ədəd soyuducu kamera avadanlıqlarının alınması və quraşdırılması1 483 732,2
Yevlax rayonunda 311 hektar əkin sahəsində dairəvi suvarma avadanlıqlarının alınması və quraşdırılmasına469 972,89
"Aqrolizinq" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, maşın-mexanizmlərin və mineral gübrələrin siğortalanması657 951
Balakən rayonunda 97 hektar meyvə bağı sahəsində damcılı suvarma sistemi avadanlıqların alınması və quraşdırılması339 416,15
800 ha torpaq sahəsində çiləmə üsulu ilə dairəvi müasir suvarma sistemi avadanlıqlarına2 226 922,65
50 əd. 40-55at gücündə traktorların və 60 əd. ona qoşulan mini avadanlıqlarına644 000
250 əd. müxtəlif kənd təsərrüfatı texnikaları və avadanlıqlarına843 804,41
Saatlıda 60 ha əkin sahəsində damcılı suvarma sistemi avadanlıqlarının və quraşdırılmasına429 023,8
Goranboyda 285 ha əkin sahəsində damcılı suvarma sistemi avadanlıqlarının və quraşdırılmasına1 088 000
Aqrolizinq ASC-nin ofis binasında yenidənqurma işlərinin və Qobustan rayon aqroservis filialının tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına29 830
Horadiz, Kürdəmir, Göygöl, Ucar və Ağdam rayon larında aqroservis filiallarının tikintisinə4 999 117,3
Gəncə rayonlararası təchizat bazasının yarımçıq qalmış təmir-tikintisinə326 216,66
"Aqrolizinq" ASC ofis binasının və Yevlax rayon aqroservis filialının təmir-tikinti və yenidənqurmasına774 539,45

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyət 2004-cü ildə yaradılıb. Bu qurum hökumətin kənd təsərrüfatının inkişafına yardım layihələrini icra edir, fermerlərə güzəştli şərtlərlə texnika, cins mal-qara verir.
XS
SM
MD
LG