Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:31

Senzuranın kəsdiyi kadrlar (Felllini, "Amarkord")


.
oxuzali.az


Hətta dahilərə də olmaz!!!

Sovet senzorlarının qayçıladığı filmlər arasında dahi italyan rejissoru Federiko Fellininin "Amarkord"u da olub.

Onun 1973-cü ildə çəkdiyi həmin filmdə iki epizod sovet tamaşaçısının "menyusu" üçün məqbul sayılmayıb.

Bunlardan biri baqqal dükanının dolubədənli sahibəsi ilə filmin baş qəhrəmanı gənc Titta arasındakı "sevgi səhnəsidir".

Siqaretə gələn Tittanun da, ondan yaşca xeyli böyük olan qadının da ehtirası eyni vaxtda oyanır.

Qadın iri döşlərini təcrübəsiz gəncin ağzına dürtməyə çalışır.

Titto az qalır boğulsun...

Sovet prokatında filmin bu yerini elə səriştəsiz qayçılayırlar ki, tamaşaçı nə baş verdiyini anlamır.

Fellininin bununla bağlı mədəniyyət sahəsinə məsul sovet çinovniklərindən biri ilə ayrıca söhbəti də olub.

Məmur rejissordan filmin bu yerinə əl gəzdirilməsinə icazə almağa çalışırmış.

Fellini rişxəndlə ona "Nədi, döşləri xoşunuza gəlmir" də demişdi.

Digər qayçılanmış epizod isə yeniyetmə oğlanların köhnə maşında kütləvi masturbasiya səhnəsidir.

Onlar maşını elə yırğalayırlar ki, sanki motor xodlanır və maşın indicə yerindən tərpənəcək...

"Amarkord" filmi "Oscar" mükafatına layiq görülüb.

Film - Fellininin uşaqlıq xatirələrinə əsaslanır - hadisələr 1930-cu illərin faşist İtaliyasında baş verir.

Filmin klassik mənada aydın süjet xətti yoxdur, sanki yaddaşa həkk olunmuş müxtəlif uşaqlıq xatirələrinin mozaikasıdır.

Temalardan biri də sosialistlərin faşizmə qarşı mübarizəsidir.
XS
SM
MD
LG