Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:51

AB-nin rəsmisi Stefan Fule Bakıda səfərdədir


Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Stefan Fule aprelin 2-3-də Bakıda səfərdə olacaq. O, görüşlərində AB və Azərbaycan təmsilçiləri arasında əməkdaşlığın genişlənməsi ilə bağlı müzakirələr aparacaq.

AB-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Stefan Fule prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçiləri ilə görüşəcək.

Stefan Fule Avronest Parlament Assambleyasının plenar sessiyasında çıxış edəcək.

«Avronest» «Şərq Tərəfdaşlığı» proqramına daxil olan ölkələr və AB tərəfindən ötən il yaradılıb. Məqsəd «Şərq Tərəfdaşlığı»na dəstək vermək və inkişaf etdirməkdir.
XS
SM
MD
LG