Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:49

Kim deyir ki, kağız kitabların «kitabı bağlandı»? [VİDEO]


Kağız, yoxsa online kitablar?
Gözlə

No media source currently available

0:00 0:54:49 0:00
Direct-ə keçid

Kağız, yoxsa online kitablar?

Elektron romanlarla, mətbəədə hazırlanan kağız kitabların rəqabəti nə qədər davam edəcək? Online ədəbiyyat portlları kitabxanaları əvəz edə biləcəkmi? AzadlıqFM-də bir araya gələn yazarlar və oxucular gələcəyin kitabı haqda danışırlar.

«Elektron kitabxana» ənənəvi kitabxananı sıradan çıxaracaqmı?

AzadlıqFM-in aprelin 6-da efirə gedən buraxılışı bu mövzuya həsr olunmuşdu.

Müzakirələrdə iştirak etdilər:

- «Kitab klubu»nun rəhbəri Elxan Rzayev (studiyada),
- yazıçılar YaşarMurad Köhnəqala
- kulturoloq Aydınxan Əbilov
- «Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasımzadə

Müzakirələr zamanı iştirakçıların fikirləri belə oldu:

Elxan Rzayev:

– Azərbaycanda sözün klassik mənasında elektron kitabxana yaranmayıb. Sadəcə bəzi internet səhifələr var ki, hansısa kitabların elektron variantını əldə edib qoyublar sayta, elektron kitabxana adlandırıblar. Kitab oxumaq bir başqa işdir. Mən inanıram ki, kağız kitabın yerini elektron kitablar verməyəcək. Ola bilsin, tənasüb deyişsin, bu gün 6 faiz elektron kitab satılırsa dünyada, uzağı 35 faiz olacaq. Çünki kağız kitab mədəniyyətdir.

Murad Köhnəqala:

– Hansı estetika ilə böyümüşük, ona da üstünlük verərdik. Əlbəttə ki, istəyərdim ki, ənənəvi kitablar olsun. Kitab oxuyanda, əlini səhifəyə vurasan, xoşun gələn fikrin altından xətt çəkəsən, sual doğuran cümlənin qarşısında sual işarəsi qoyasan. Amma internet əsridir, nə etmək olar? Bunun qarşısını almaq çətin olacaq.

Aydınxan Əbilov:

- Biz virtual kitabxana yaratdıq, indiyə kimi 1 milyon 400 min internet istifadəçisi daxil olub. Dünyanın gedişatının qarşısını almaq olmur. Əvvəllər əlyazmalar olurdu, sonra da kitablar yarandı. İndi zaman başqadır. Elektron kitablar maddi baxımdan asan başa gəlir, həm də bütün dünya üçün açıq olur. Bizim millət mühafizəkar olduğu üçün hər bir yeniliyə qarşı böyük mübarizə aparırıq.

İntiqam Qasımzadə:

- Oxu mədəniyyəti hansı vasitə ilə olacaq, bu, önəmli deyil. Mütaliə etməyə maraq azalıb. Jurnalın saytında texniki problemlər olur, amma elektron variant olacaq. Bu, əlbəttə, satışa ciddi təsir göstərəcək, amma gərək elektron variant da nizamlansın. Kağız məhsuldan gəlir götürüldüyü kimi, elektron məhsuldan da gəlir götürülməlidir.

Müzakirələrin gedişini audodan da izləmək olar.

SƏNİN FİKRİN NƏDİR: ELEKTRON KİTABLAR KAĞIZ KİTABLARIN YERİNİ VERƏ BİLİRMİ?

XS
SM
MD
LG