Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:48

Mitinq yerinə nəqliyyat niyə işləmədi?


Mitinq öncəsi nəqliyyatda problemlər yarandı
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00
Direct-ə keçid

Mitinq öncəsi nəqliyyatda problemlər yarandı

«Bir saatdan çoxdur gözləyirik, avtobus yoxdur. 88 nömrəli avtobusu gözləyirik, yoxdur. Mitinqə icazə veriblərsə, avtobusla da təmin eləsinlər».

Bu, nəqliyyat problemi ucbatından İctimai Palatanın 8 aprel mitinqinə gedə bilməyən vətəndaşların fikirləri idi. Onların bəziləri bölgələrdən paytaxta vaxtında gəlib çata bilsələr də, Bakının mərkəzinə bitişik olan Bayıl qəsəbəsinin bu başından o biri başına gedib çıxa bilmirdilər.

«MİTİNQ QURTARANADƏK İŞLƏMƏYƏCƏYİK»

İctimai Palatanın 8 aprel mitinqi Bayıl qəsəbəsində, «20-ci sahə» adlanan yerdəki sürücülük məktəbinin həyətində keçirilib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Amma buna baxmayaraq, mitinqin başlamasına bir qədər qalmış həmin istiqamətə işləyən marşrut avtobuslar reysdən çıxarılıb. Özü də bunu təkcə mitinqin təşkilatçıları yox, avtobus sürücüləri özləri də AzadlıqRadiosunun əməkdaşına bildiriblər:

8 mart mitinqi
8 mart mitinqi
«Mitinqə görə bizi marşrutdan çıxardıblar. Ona görə də avtobusumuz boşdur. Mitinq qurtaranadək işləməyəcəyik».

Dayanacaqlarda evinə gedə bilməyən xeyli adam toplaşdığına görə arabir gələn avtobusa minmək üçün basabaslar yaranıb. Yaranmış vəziyyətdən təkcə mitinqə gedənlər yox, evinə tələsənlər də narazılıq ediblər. Həmin gün taksi sürücüləri də mitinq keçirilən yerə sərnişin aparmaqdan imtina ediblər. Səbəbini soruşanda, sadəcə belə tapşırıq aldıqlarını bildirməklə kifayətləniblər.

POLİS GÖSTƏRİŞ VERMƏYİB

Aksiya yerində olan Nəsimi rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov həmin istiqamətə marşrutların məhdudlaşdırılması üçün polis tərəfindən heç bir addım atılmadığını bildirib:

«Polis tərəfindən mitinqlə bağlı heç bir sürücüyə, ümumiyyətlə heç kimə heç bir göstəriş verilməyib»

İctimai Palatanın mitinqinin təşkilatçılarından biri, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyir ki, onlar aksiyadan bir gün əvvəl bu məsələni Bakı şəhər Baş Polis İdarəsində müzakirə ediblər. Polis mitinq keçirilən istiqamətdə avtobusların hərəkətində problem olmayacağını vəd edib:

DEDİLƏR «ARXAYIN OLUN, PROBLEM OLMAYACAQ»

Gülağa Aslanlı
Gülağa Aslanlı
«Biz Bakı şəhər Baş Polis İdarəsində məsələ qoyduq ki, yollar bağlana, avtobuslar marşrutdan çıxarıla bilər. Çünki gənclərin 17 mart mitinqində artıq belə vəziyyət olmuşdu. Onlar dedilər ki, bu, Nəqliyyat Nazirliyinə aid olan məsələdir. Biz də məsələni qəti şəkildə qoyduq ki, orada avtobuslar olmayacaqsa, biz bunun sizin və BŞİH-nın tərəfindən təşkil olunduğu qənaətinə gələcəyik. İctimaiyyətə də belə açıqlama verəcəyik. Belə olanda onlar dedilər ki, bu problemi həll etmək üçün əllərindən gələni edəcəklər. Dedilər «arxayın olun, heç bir problem olmayacaq»».

Gülağa Aslanlı deyir ki, Baş Polis İdarəsindən onları arxayın saldıqları üçün mitinqin təşkilat komitəsi aksiyaya gələnlərin əlavə nəqliyyat vasitələri ilə daşınmasına dair heç bir tədbir görməyib.

GÖSTƏRİŞ OLUBSA BELƏ...

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov isə məsələnin şişirdilərək siyasiləşdirilməsinin əleyhinədir. Deyir aprelin 8-də şəhərin başqa yerlərində də belə problemlər olub. Amma konkret Bayıl istiqamətində hansısa avtobusların marşrutdan çıxarılması barədə heç bir rəsmi qərar olmayıb. Belə bir addım atılırsa,
Namiq Həsənov
Namiq Həsənov
bunun üçün əvvəlcədən rəsmi hərəkət sxemləri təsdiqlənməlidir. Belə bir şey olmayıb:

«Mən hələ bu məsələni tam araşdıra bilməmişəm. Elə şeylər var ki, onu dəqiqləşdirmək lazımdır. Göstəriş olmayıb. Amma hər halda belə bir şey baş veribsə, inanmıram ki, bu, mitinqə mane olmaq, yaxud sərnişinlərin ora axınının qarşısını almaq üçün edilib. Dünən marşrutların hamısı işləyib. Ola bilsin, sürücülərin getmək marağında olmayıb, xətdən yayınıblar. Ola bilsin, doğrudan da göstəriş verilib ki, sərnişinlərin təhlükəsizliyi baxımından mitinq yerinə tam yaxınlaşılmasın. Nə məsələ olduğunu hər halda araşdıracağıq».

Namiq Həsənov deyir ki, adətən təkcə mitinq yox, ümumiyyətlə kütləvi tədbirlər keçirilən istiqamətlərdə avtobusların hərəkət cədvəlinə yenidən baxılır. Çünki bu, sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir. O deyir ki, «Eurovision» mahnı müsabiqəsi zamanı da şəhərin müxtəlif istiqamətlərində yollar bağlanacaq. Amma bu, o anlama gəlməməlidir ki, camaatı müsabiqəyə buraxmamaq
İntiqam Əliyev
İntiqam Əliyev
üçün belə edilir.

XALQINDAN QORXMAYAN HAKİMİYYƏT ÜÇÜN

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyevin fikrincə, əslində hakimiyyət belə aksiyaların keçirilməsi üçün şəhərin mərkəzində yer ayırmalıdır ki, ora hər kəs rahatca gedib çıxa bilsin. Bunu etmirsə və mitinqin yalnız şəhərin kənarında keçirilməsinə razılıq verirsə, o zaman insanların ora rahat və maneəsiz getməsi üçün şərait yaratmalıdır:

«Xalqından qorxmayan hakimiyyət həqiqətən hesab edirsə ki, cəmiyyət onu dəstəkləyir, insanlar o mitinqlərə gedəsi deyil, orada səslənən şüarları dəstəkləmir, bu halda istənilən yerdə toplantı keçirilməsinə icazə verməlidir. Həmçinin o toplantıya insanların rahat getməsi üçün şərait yaratmalıdır. Sonradan da öz rəsmilərinin dilindən «həmin mitinqə gələn adamların sayı bir yas mərasiminə yığışanların sayından az idi» deyib o toplantıya lağ etməməlidir».

YAP icra katibi Siyavuş Novruzov İctimai Palatanın 8 aprel mitinqi haqqında danışarkən aksiyaya sayca bir yas mərasiminə gələnlərdən də az adam toplaşdığını bildirib.
XS
SM
MD
LG