Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:21

Daha bir silahlı dəstə zərərsizləşdirilib


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi
ölkədə sabitliyi pozmaq məqsədilə təxribat- və terror aksiyaları planlaşdıran silahlı birləşmənin zərərsizləşdirilməsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan vətəndaşı olan Vüqar Padarov 2011-ci ilin yayında bu məqsədlə silahlı birləşmə yaradıb və onun üzvlərini silah, sursatı, partlayıcı maddə və digər hərbi ləvazimatlarla təchiz edib.

Məlum olub ki, dəstənin bəzi üzvləri cihada hazırlaşmaq məqsədilə əl-Qaidənin köməkliyi ilə Suriyadakı mədrəsələrdə və Pakistandakı terrorçu düşərgələrində xüsusi dini-pisixoloji və hərbi təlimlər keçiblər.

Bundan sonra, isə həmin şəxslər «İslami-cihad» qrupunun tərkibində Əfqanıstanda beynəlxalq koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.

Dəstənin bir qrup üzvü isə İranda iki ay xüsusi hərbi təlim keçib.

Onlar Azərbaycanda sabitliyi pozmaq üçün bir sıra müqəddəs ziyarətgahlar, məscid və başqa dini konfessiyalara məxsus obyektlərdə partlayış törətməyi planlaşdırırmışlar.

Dəstə üzvləri arasında vəzifə bölgüsü, terror aktları törədiləcək yerlərin sxemi, iş rejimi, xidməti personalın sayı, snayperlərin mövqeləri və digər faktorlar da müəyyənləşdirilibmiş.

Faktla bağlı istintaq gedir.
XS
SM
MD
LG