Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:48

İsrail nazirinin «James Bond» müqayisəsi


Avigdor Lieberman
Avigdor Lieberman
Azərbaycanda səfərdə olan İsrail xarici işlər naziri Avigdor Lieberman İsrailin İranı vurmaq üçün bu ölkədə aviabazaya çıxış əldə etməsinə dair məlumatları təkzib edib və bunu «James Bond hekayəsi» adlandırıb. «Jerusalem Post» qəzeti bu barədə yazır.

«Belə məlumatlar sadəcə fantastikadır və həqiqətə uyğun deyil», o, Bakıda jurnalistlərə belə deyib.

Keçən ay ABŞ-ın «Foreign Policy» jurnalı İsrailin İrana hücumunu asanlaşdırmaq üçün Azərbaycanda hava limanından istifadə edəcəyini iddia edən bir məqalə dərc edib. Jurnal amerikalı diplomata istinad edirdi.

Lieberman Azərbaycan prezidenti ilə görüşündən sonra açıqlayıb ki, «Bu məlumatı yayanların çox zəngin fantaziyası var».

Onun sözlərinə görə, İlham Əliyevlə İran məsələsini də müzakirə edib, amma detalları mediaya açıqlamayıb.

Prezidentlə görüşə getməzdən əvvəl Lieberman İsrail radiosuna müsahibəsində deyib ki, bəzi jurnalistlər James Bond filmlərinə həddən çox baxıblar və tez-tez «reallıqla həmin hekayə arasında əlaqə görürlər».

O, Azərbaycanla İsrailin münasibətlərinin daha yaxşı ola biləcəyini də əlavə edib.
XS
SM
MD
LG