Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:05

İctimai Palata Bakıda piket keçirib [VIDEO]


İctimai Palata Bakıda şəhərin mərkəzində aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

İctimai Palata Bakıda şəhərin mərkəzində aksiya keçirdi

-



«PİKET BAŞ TUTMUŞ HESAB OLUNUR»


İP-nın Koordinasiya Şurasının üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, piket baş tutmuş hesab olunur:

«Azərbaycanda sərbəst toplaşma azadlığına məhdudiyyət qoyulur. «Eurovision» keçirmək istəyən hakimiyyət vicdan məhbuslarını həbsdə saxlayır. Elə bugünkü aksiyada da gəncləri döydülər».

Gülağa Aslanlı əlavə edib ki, bir neçə nəfəri saxlamağa cəhd olub. Ancaq konkret kimlərinsə saxlanıb-saxlanmadığı barədə dəqiq məlumat yoxdur.

Aslanlının bildirdiyinə görə, hazırda həbsdə olan məhbuslar azadlığa buraxılmasa, bu tədbirlər gündəlik xarakter alacaq: «Vicdan məhbusları azad olunmalıdır. «Eurovision» yarışmasından Azərbaycan xalqının mənafeyi üçün istifadə olunmalıdır».

Ərazidə olan polislər də hələlik saxlananların olub-olmadığı barədə şərh verməyib.

İP-nın ötən il keçirilən aksiyalarında saxlanmış müxalifət fəallarını «Amnesty İnternational» beynəlxalq hüquq-müdafiə təşkilatı vicdan məhbusu elan edib.


Aksiyadan obyektiv.tv-nin əməkdaşlarının çəkdikləri kadrlar:



İCTİMAİ PALATA PİKET KEÇİRİR

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirir. Onlarla müxalifətçi piketdə «Azadlıq», «İstefa» şüarı qışqırırlar.

Polis hazırda etirazçıları dağıdır.

Piket üçün BŞİH-yə bir həftə əvvəldən müraciət edilib. İP-yə 6 maya təyin olunmuş mitinqlə bağlı müraciətə verilən cavab məktubunda 7 mayda piket keçirilməsinin məqsədəuyğun olmadığı yazılıb.

İctimai Palata mayın 5-də keçirilən sessiyasında bildirilib ki, «müxalifət 7 may aksiyası vasitəsilə Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını dünyaya göstərmək istəyir».

Azərbaycan rəsmiləri isə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunduğunu bildirirlər.

Bundan əvvəl İP aprelin 8-də22-də Bayılda- 20-ci sahə deyilən ərazidə icazəli aksiya keçirib.
XS
SM
MD
LG