Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:22

Zaqatalada daha bir 6 ballıq zəlzələ


Arxiv foto: mayın 7-də Zaqatalada baş vermiş zəlzələdən dağılan evlərdən biri.
Arxiv foto: mayın 7-də Zaqatalada baş vermiş zəlzələdən dağılan evlərdən biri.
-
Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, mayın 18-i axşam saat 19:46-da Zaqataladan 15 km cənubda zəlzələ baş verib. Episentrdə 6 bal olan zəlzələ Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunub.

Mərkəzin məlumatına görə, insan tələfatı yoxdur.

Mayın 7-də də bu rayonda 7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətdə insan tələfatı olmayıb, amma 3 mindən çox ev və başqa tikili dağılıb.

Mayın 18-i günorta saatlarında episentri Səkidən 16 km qərbdə olan 4 ballıq zəlzələ də qeydə alınıb. Səkidə və episentrə yaxın yaşayış məntəqələrində 3 bal gücündə hiss olunub.
XS
SM
MD
LG