Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:11

Azərbaycanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb


Mayın 21-də Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.

İranın Xarici İşlər nazirinin müavini Abbas Aragchi səfir Cavanşir Axundovla görüşərək iki ölkə arasındakı son vəziyyəti müzakirə edib. O, ölkəsinin Azərbaycanda «dini müqəddəslərə hörmətsizlik» məsələsinə etirazını çatdırıb.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov «Trend»ə İran XİN-nə çağırılması faktını təsdiqləyib, lakin müzakirələrin təfərrüatlarını açıqlamayıb.
XS
SM
MD
LG