Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:03

İran xarici siyasətində öz maraqlarını dindən üstün tutur


İranın Cənubi Qafqaz və Orta Asiyadakı siyasəti dindən, İslamdan çox, real vəziyyətə uyğun müəyyənləşir. Bu üzdən Tehranın xristian Ermənistan və Gürcüstanla daha yaxındır, nəinki şiə Azərbaycanla. Üstəlik İran bu regionda Rusiya ilə birbaşa rəqabətdən də çəkinməyə çalışır. Baxmayaraq ki, Moskva İran və ABŞ arasındakı müharibə qorxusundan öz məqsədləri üçün istifadədən çəkinmir.


REGİON UĞRUNDA TARİXİ MÜBARİZƏ

Jane` s Qrupdan Richard Weitzin analizlərinə görə, xristian, şiə və sünni icmalarının yaşadığı Cənubi Qafqaz və Orta Asiya regionu uğrunda tarix boyu Rusiya, Osmanlı və İran dövlətləri arasında mübarizə gedib.

İndi əsas diqqət İranın Fars körfəzindəki fəaliyyəti və nüvə ambisiyalarına yönəlsə də, Tehran bu adıgedən refiondakı ölkələrlə bağlı siyasətini əvvəlki kimi davam etdirir.

İran öz məqsədlərinə nail olmaq üçün fəal şəkildə müxtəlif yollara əl atır. Gah özünü dost kimi aparır, gah da güc göstərir. Onun Orta Asiya və Qafqazdakı qonşuları isə bu üzdən BMT-nin İrana qarşı sanksiyalarını demək olar ki, dəstəkləsələr də, İranın nüvə enerjisi əldə etmək hüququ olduğunu və bu məsələnin danışıqlar yoluyla həllinə tərəfdardır.


İRANIN DİNDARLARA TƏSİRİ

Ancaq Tehranın siyasətində praqmatiklik daha çox önə çıxır. Bu üzdən İran heç vaxt Orta Asiya və Qafqazlardakı islamçı terrorçuları dəstəkləməyib.

İranın bu regiondakı dindarlara təsir imkanları da, Əfqanıstan və ya Livandakı kimi deyil. Məsələn, şiə Azərbaycanda bəzi qruplar İrana rəğbət bəsləsələr də, həm sayları azdır, həm də hökumətin müdaxiləsi üzündən onlar yetərincə fəal deyillər. Odur ki, İranın Azərbaycanda kəşfiyyat şəbəkəsi vasitəsilə əldə etdiyi imkanlar daha çoxdur, nəinki dindarlar.


AZƏRBAYCAN – İRAN : EYNİ MƏSHƏBDƏN OLAN DÜŞMƏNLƏR

Ancaq bu il regiondakı münasibətlərdə yeni oyunçu – İsrail peyda olandan sonra İran daha aqressivləşib. İsrailin İrana zərbə vurmaq üçün Azərbaycanda təyyarələr yerləşdirməsi və Bakının İrandan 1.5 milyard dollarlıq silah almasından sonra İran açıq-aşkar hədə-qorxu gəlməyə başlayıb.

Azərbaycan isə əsasən hava hücumundan müdafiə məqsədli bu silahların İrana yox, Ermnistana qarşı yönəldiyini iddia edir. Ancaq Azərbaycanın İsraildən aldığı silahların arasında Gabriel- 5 gəmi əleyhinə raketlər də var. Azərbaycanın Ermənistanla dəniz sərhədi olmadığından, bu raketlərin İrandan qorunmaq üçün olduğu ehtimalları artır.


İRANDAKI AZƏRBAYCANLILAR

Üstəlik İran Azərbaycandan öz ərazisində yaşayan azərbaycanlılar amilindən də çəkinir. Çünki, Qərbin sanksiyaların ağırlaşması ilə Bakı ilə yaxın əlaqələri olan İran azərbaycanlılarının Şimali Azərbaycana birləşmək istəklərinə də təkan verə bilər.


İRAN- ERMƏNİSTAN

Odur ki, Azərbaycanla-Ermənistan münaqişəsində İran rəhbərliyi çox zaman Ermənistana yaxın olub. Bu münaqişə başlayandan (1991) Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağllansa da, İran ona təbiii dəhliz yaradıb.

İran-Ermənistan ticarəti əsasən neft-qaz və enerji mübadiləsi üstündə qurulub. Bundan başqa, İranda gömrük tarifləri yüksək olduğundan Ermənistan əsasən İran məhsullarının ixracı ilə məşğul ola bilir. Uzun illərdir ki, tərəflər azad ticarət haqda saziş imzalamaq üçün danışıqlar aparsalar da, heç bir irəliləmə əldə edilməyib. 2011-ci ildən sadəcə
Ermənistanın cənubunda İranla sərhədyanı ərazidə sənayə zonası qurulub. İrandan

Ermənistana qaz kəməri və dəmir yolları çəkilir. İrandakı şiə fundamentalları zaman-zaman Qarabağ münaqişəsində Azərbaycana daha çox dəstək verilməsi üçün təzyiqlər etsələr də, bu Tehranın real siyasətinə və Yerevanla əlaqələrinə təsir etmir.

Amma nüvə proqramına görə qoyulan beynəlxalq sanksiyalar üzündən İran Ermənistanda tərəfdaşlıqda götürdüyü bir sıra öhdəlikləri yerinə yetirə bilmir. Bu üzdən İranla ABŞ arasında müharibə ehtimalı gerçəkləşərsə bundan ən çox ziyan çəkən ölkələrdən biri də Ermənistan ola bilər.


İRAN - GÜRCÜSTAN

Cənubi Qafqaz ölkələrində Gürcüstanın İranla birbaşa sərhədi olmasa da, ötən ildən tərəflər arasında vizasız gediş-gəliş razılaşması var. bu razılaşmanın xeyrini isə daha çox Gürcüstan görür. Məsələn, ötən ilin ilk 3 ayı ilə müqayisədə 2012-ci ildə Gürcüstana gələn İranlıların sayı 2 dəfə artıb. Sərhədlərin açıq olması İranlı agentlərin də çoxalmasını asanlaşdırır. 2012-ci ilin fevralında İsrailin Tbilisidəki diplomatlarına hücumda da İran agentləri ittiham edilirdi.


İRANA MÜTTƏFİQLƏRİ YOX, MARAQLARI ÖNƏMLİDİR

Jane`s Qrup yekunda bildirir ki, İranın nüvə proqramı ətrafında gərginliyin qaldığı dövrdə Azərbaycanla münasibətləri daha çox önəm kəsb edəcək. Ancaq ümumilikdə İranın qonşularıyla münasibətləri hər zaman real siyasi duruma görə dəyişəcək. Bir qayda olaraq, İranla müttəfiqliyin ömrü, Tehranın maraqlarının ömründən uzun olmur.
XS
SM
MD
LG