Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:38

Türkiyədə qadınlar abortun məhdudlaşdırılmasına qarşı aksiya keçirib


İst qadınların etiraz aksiyası
İst qadınların etiraz aksiyası
İyunun 3-də İstanbulda yüzlərlə qadın hökumətin hamiləliyin dövrünə görə abortun məhdudlaşdırılması planlarına etiraz olaraq aksiya keçirib.

«Mənim bədənim mənim seçimim» yazılmış plakatlar götürüb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Qadınların aksiyasına kişilər də qatılıb.

Bundan əvvəl baş nazir Recep Tayyip Erdogan abortu «qətl» kimi qiymətləndirmişdi.

Məlumatlara görə, onun hökuməti fövqəladə hallar istisna olmaqla abortu qadağan edən qanun layihəsi üzərində işləyir.

Türkiyənin səhiyyə naziri Recep Akdag ötən həftə deyib ki, layihə bu ay parlamentə təqdim oluna bilər. Yeni layihəyə görə aborta icazənin 10 həftədən 4 həftəyə azaldılması nəzərdə tutulur.

10 həftəyə qədər abort 1983-cü ildən qanuni hesab edilir.
XS
SM
MD
LG