Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

Rey Bredberi: «Pyes xoşunuza gəlmirsə, rədd olun!»


Yazıçı Rey Bredberi Disneyland-in 50 yaşını qeyd edərkən. 4 may 2005.
Yazıçı Rey Bredberi Disneyland-in 50 yaşını qeyd edərkən. 4 may 2005.

Rey Bredberinin "Fikir sexi" kitabında yer almış müsahibəsindən seçmə fikirləri təqdim edirik.

Rey Bredberi: "İlk ortabab hekayəmi yazmaq üçün on il vaxt sərf etmişəm"

- Cavanlıqda tanış olduğum bütün qızlar kitabxanaçıydılar.

- Kainat nədir? Böyük teatr. Teatrın tamaşaçılara ehtiyacı var. Biz tamaşaçılarıq. Yerdə həyat ona tamaşa etmək və həzz almaq üçün yaradılıb. Buna görə biz buradayıq. Əgər pyes xoşunuza gəlmirsə, rədd olun!

- Yaxın illərdə biz Aya gedəcəyik. Marsa uçacaq və yaxın iki yüz ildə orada məskunlaşacağıq. Sonra da yəqin, Alfa Sentavra uçarıq.

- 60 il əvvəl biz Meqqi ilə evlənəndə pulumuz yox idi. Bank hesabımızda cəmi 8 dollar var idi. İlk iki il bizim heç telefonumuz da yox idi. Venisdə, yanacaq doldurma məntəqəsi ilə qonşuluqda kiçik bir mənzil kirayələmişdik. Orada, divarda mənim ilk telefonum asılmışdı. Mən qaçaraq gəlib dəstəyi götürürdüm və insanlar elə bilirdilər ki, evimə zəng gəlir. Nəinki maşın, heç telefon da yox idi. Amma bilirsinizmi, nə var idi? Sevgi...

- Biz hamımız zaman maşınlarıyıq. Məhz buna görə mən həyatım boyu qocalara heyran olmuşam. Çünki bilirəm: bax, indicə onun gizli düyməsini basacam və 1900-cu ilə səyahət edəcəm. Və yaxud da Vətəndaş müharibəsinə. Uşaqlıqda mən Vətəndaş müharibəsi veteranlarını görürdüm.

60 il əvvəl biz Meqqi ilə evlənəndə pulumuz yox idi. Bank hesabımızda cəmi 8 dollar var idi. İlk iki il bizim heç telefonumuz da yox idi. Venisdə, yanacaq doldurma məntəqəsi ilə qonşuluqda kiçik bir mənzil kirayələmişdik. Orada, divarda mənim ilk telefonum asılmışdı. Mən qaçaraq gəlib dəstəyi götürürdüm və insanlar elə bilirdilər ki, evimə zəng gəlir. Nəinki maşın, heç telefon da yox idi. Amma bilirsinizmi, nə var idi? Sevgi...
- Yaxşı nikahda insanlar bir-birini öyrədirlər - siz bir-birinizə həyat elmini öyrədirsiniz. Hər gün bir-birinizə toxunaraq, eyni yastığa baş qoyaraq, siz qeyri-iradi olaraq, bir-birinizə təsir göstərirsiz.

- Ağıl ilə yazmaq olmaz – yazının içində olmaq, həyatı çap maşını önündə keçirmək lazımdır.

- Filmləri - oradakı partlayışlara və banal hadisələrə görə izləməyə çalışmayın. İzlənməli olan görkəmli rejissorlardır. Təzəlikcə Devid Linin “Ərəb Lourens” filminə təkrar baxdım. Belə bir rejissora ssenari yazmaq üçün hər şeyimi verərdim.

- Yaxşı film rejissoru yazıçı olmalıdır. O, kiçik hissələrlə dolu olmalıdır.

- Həyatı yeni il bayramında, şam ağacı altında çoxlu hədiyyələr gözləyən uşaq kimi yaşamaq olmaz. Hər gün oyanıb öz-özümə deyirəm: “Bu günü səbirsizliklə gözləyirdim”.

- Rusiya - insanlar yalnız özlərini sevməyi öyrəndikdən sonra güclü dövlətə çevriləcək. Bundan məni rus ədəbiyyatı, rus filmləri əmin edir.

- Daima vurğunluq hissi keçirmək lazımdır. Mənim timsalımda bu, kitablara, yazıçılığa vurğunluqdur.

- Əgər bir şeyi xoşlamırsansa, etmə. Əksinə, bir şeyi xoşlayırsansa, hər cür çətinliyin öhdəsindən gələcəksən.

- Mən Hollivud ziyafətlərinə gedir, məşhur rejissor və prodüsserlərlə görüşürəm. Ziyafətlərdən qayıdanda mədəmdən soruşuram: “Necə idi?”. Bəzən olur ki, o, cavab verir: “Eeeee”. Əgər belə cavab versə, mən həmin yerə bir də getmirəm. Mən yalançının, ya da oğrunun, hətta axmağın üzünə baxanda belə, mədəm bunu bilir.

- Ölüm haqqında düşünmürəm, çünki həmişə burada olacam. Filmlərimlə dolu olan bu qutu və kitablarım olan rəflər sübut edir ki, mənim ehtiyatda hələ bir əsrim də var.

- Ölüm – həyat kimi möcüzəli dəbdəbə üçün, kosmosla hesablaşmaq üsuludur.

- Özüm haqqımda bilirəm ki: mən səksən il, ömrümün hər gününü yaxşı iş görmüşəm. Bu əladır, deyilmi?
XS
SM
MD
LG