Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:37

İranda həbs edilən şairlər ikinci dəfə ailələrinə zəng ediblər


Şəhriyat del Gerani və Fərid Hüseyn
Şəhriyat del Gerani və Fərid Hüseyn
İranda həbsdə saxlanılan azərbaycanlı gənc şairlər – Şəhriyar Del Gerani və Fərid Hüseyn ailələriylə telofon əlaqəsi yaradıb.

Məlumatı iyunun 12-də ANN.Az portalına açıqlamasında Şəhriyar Del Geraninin atası Hacı Mail Hacızadə verib.

Hacı Mail Hacızadənin sözlərinə görə, iyunun 7-də gecə saat 20:15-də Şəhriyyar ikinci dəfə onlarla əlaqə saxlayıb: “Şəhriyar onların Təbrizdə adını bilmədikləri bir təcridxanada saxlanıldıqlarını, səhhətlərinin normal olduğunu dedi. Şəhriyar həmçinin bildirdi ki, onlarla yaxşı davranırlar, saxlanıldıqları yer təhlükəsizdir”.

Hacı Mail Hacızadə bildirdi ki, gəncləri miqrasiya qanunlarını pozduqlarına görə saxlayıblar. “Mənə xarici işlər nazirliyindən dedilər ki, hazırda gənclərin həbsdən azad edilməsi yönündə iş gedir. Yaxın zamanlarda gəncləri həbsdən azad edəcəklər”

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı ANN.Az-a deyib ki, bu məsələ “onlarlıq deyil”: “Bu məsələylə Azərbaycanın İrandakı səfirliyi və konsulluğu məşğul olmalıdır. Çünki hadisə İran ərazisində baş verib. Biz Azərbaycanla bağlı məsələlərlə məşğul oluruq. Buna görə də bu haqda məlumatımız yoxdur. Yaxşı olar ki, İrandakı səfirliyinizə zəng vurub məlumat alasınız”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə gənclərlə bağlı hər gün İrandakı səfirliyimiz və konsulluğumuzla əlaqə saxlanıldığını bildirib: “Şairlərin azad olunması istiqamətində İran tərəfiylə danışıqlar gedir. Ümid edirik ki, yaxın vaxtlarda gənclərin həbsdən azad olunmasına nail olacağıq”.

Xatırladaq ki, Şəhriyar Del Gerani (Hacızadə) və Fərid Hüseyn aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana getmişdilər. Onlar mayın 2-də İranda saxlanılıblar.
XS
SM
MD
LG