Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:46

Nadir Bədəlov: «TV-lərdə Rəsulzadə ilə bağlı embarqo var»


Nadir Bədəlov: “TV-lərdə Rəsulzadə ilə bağlı embarqo var”
Gözlə

No media source currently available

0:00 0:54:41 0:00
Direct-ə keçid

Nadir Bədəlov: “TV-lərdə Rəsulzadə ilə bağlı embarqo var”

"Heydər Əliyevə baxdıqca heyrətə gəlirsən..."


Kinoşünas, teleaparıcı Nadir Bədəlov “Pen klub”da qonağımızdır. Dinlə

“ŞAH İSMAYIL YENƏ GÖZÜMÜZDƏ HƏMİN STATUSU QAZANMALIDIR”

- Nadir bəy, çoxları sizi “Dahilərin divanı”ndan tanıyır. Layihə niyə bağlandı? Divan tutmağa dahi qalmadı, yoxsa dahilərə tutulan divana maraq?

- Maraq var idi, axıra qədər var idi. Bu tip veriliş təxminən 30-35 ölkədə getmişdi. Deyəsən, birinci dəfə İngiltərədə getmişdi “Dahilər” adı ilə. Xalq özü səsverməylə seçirdi ki, İngiltərədə ən böyük dahi kimdir.

“Dahilərin divanı” verilişinin ideya müəllifi Vahid Mustafayev idi. Biz üstünlüyü müzakirələrə, tariximizlə tanışlığa verdik.

- Bu verilişdə məqsəd elə bil mifləri dağıtmaq, fəqrli baxışları ortaya qoymaq idi.

- 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində mifləri yıxmaq elə bil dəbə düşmüşdü. 20 il keçəndən sonra gördülər ki, mifləri elə yıxıblar ki, onları yenidən bərpa etmək, yaratmaq lazımdır.

Amma “Dahilərin divanı”nda söhbət mifi dağıtmaqdan getmirdi. Həqiqəti axtarırdıq. Tutaq ki, bir tarixi şəxsiyyət ətrafında cərəyan edən hadisəni də önə gətirir, onun tarixdəki rolunu öyrənirdik və ya cavab axtarırdıq: “Bu adamın əsərləri bizə nə verib?” Bəli, biz daşlaşmış fikirlərdən uzaqlaşmaq istəyirdik.

Biz istəyirdik ki, onunla canlı dialoqa girək. Burda pis nə var ki? Amma təəssüflər olsun ki, reaksiya pis olurdu, həm rəsmi, həm müxalifət qəzetlərində böyük məqalələr yazır, tənqid edirdilər.

- Bu sizi ağrıdırdı?

- Bəzi məqamlarda mənə toxunurdu. Haqsız sözlər deyirdilər.

- Ən qalmaqallı verilişiniz hansı idi?

- Mirzə Cəlil yadıma gəlir, Axundzadə ilə bağlı veriliş, Şah İsmayıl ilə əlaqədar. Elə indinin özündə də Şah İsmayılla bağlı qalmaqallar gedir, kitablar yazılır, ona münasibət birmənalı deyil. Amma sovet dövründə, 1970-ci illərdə Azərbaycanın qəhrəman oğlu kimi qəbul olunurdu. Mənə elə gəlir ki, Şah İsmayıl gözümüzdə yenə də həmin statusunu qazanmalıdır.

“ÖZ MƏDƏNİYYƏTİMİZİ “KOPİYA”, “SKANER” MƏDƏNİYYƏTİ ETMƏYƏK”

- Ürəyinizdən Şah İsmayılla bağlı ssenari yazmaq keçibmi?

Nadir Bədəlov
Nadir Bədəlov
- Mənim üçün bu, çətin olar. Əvvəla bir çox dilləri bilmək lazımdır. Təəssüflər olsun ki, biz öz mədəniyyətimizdən, dil mədəniyyətimizdən uzaqlaşmışıq. Əsasən Qərb dilləri öyrənilir. Amma biz ərəb dilini də öyrənməliyik, fars dilini də. Orta əsrlərə aid məxəzlərə də baxa bilməliyik. Bu mənim içimdə kəsir kimi qalır. Bu kəsir yeni nəsildə olmasın, öyrənsinlər. Öz adlarına, millətlərinə identik olsunlar. Qərbləşmə öz yerində. Amma öz mədəniyyətimizi “kopiya”, “skaner” mədəniyyəti etməyək də. Onda mədəniyyətdən söhbət gedə bilməz. Mədəniyyət özünün olmalıdır. Mədəniyyət məhəlli olmalıdır, məkanla, tarixlə bağlı olmalıdır. Mədəniyyət səni neçə nəsil o tərəfə aparmalıdır. Mədəniyyət Qərbdən gəlmir. Bu səhvdir.

NADİR BƏDƏLOV HÜRRƏM XATUN – ROKSALANA İLƏ BAĞLI VERİLİŞ HAZIRLAMAQ İSTƏYİB

- Dinləyici soruşur ki, Azərbaycan seriallarının səviyyəsi sizi qane edirmi?

- Özümə qalsa, seriala bədii filmə yanaşdığımız tələbkarlıqla yanaşmamalıyıq, bütövlük istəməməliyik. Seriala güzəştlə yanaşmalıyıq. Mən seriala baxmıram. Amma kim baxırsa onu yükləmək olmaz. 100 seriya mənalı söz demək olar? Mümkün deyil.

- Amma ABŞ-da, Avropada fərqli mövzularda maraqlı seriallar var ki, maraq da doğurur, mənası da var, Türkiyənin özündə də bu proses yavaş-yavaş gedir.

- Türkiyədə bu proses neçə ildir gedir. “Möhtəşəm yüz il” indi ən yaxşı serialdır.

- “Pen klub”un az qala bütün qonaqları bu serialdan danışırlar.

- Mən bu seriala baxıram və o dövrlə bağlı çoxlu kitablar da oxumuşam. Hətta mən həmin o Roksalana ilə əlaqədar veriliş də etmək istəyirdim. Təəssüf ki, alınmadı. Mən bundan əvvəl Ukrayna yazıçısı Zaqrebelinin əsərin də oxumuşdum. Ukrayna da bu haqda serial çəkmişdi. Biz görməmişik. Amma sözsüz ki, ukraynalıların çəkdiyi serial “Möhtəşəm yüz il”ə çatmaz. Onlar bu mərtəbəyə gəlib çatıblar. Bəlkə biz vaxt verək bizim rejissorlara, müəlliflərimizə? Müəyyən dövrdən sonra bu da olacaq. Amma
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
təəssüflər olsun ki, hal-hazırda tarixi mövzuyla əlaqədar müraciət edirsən, elə bil qaçırlar, istəmirlər.

“TELEVİZYA RƏHBƏRİ TARİXİ MÖVZUNU İSTƏMƏDİ”

- Siz özünüz müraciət etmisiz?

- Belə bir söhbətim olub ki, hansısa tarixi dövrü götürək. Deməyəcəm hansı televiziya rəhbərinə müraciət etmişdim. Amma o, tarixi mövzunu istəmədi. Bəlkə də haqlıydı, mən hardasa onu başa düşdüm, dedi ki, Azərbaycan hələ buna hazır deyil. “Möhtəşəm yüz il” kimi serial üçün uzun zaman lazımdır.

- Hansı tarixi dövrü seriala, filmə gətirmək istəyirdiz?

- Bizdə xoşladığım tarixi dövr 1916-cı ildən 1920-ci ilə kimidir, Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda maraqlı hadisələr baş verirdi. Düzdür, burda siyasət daha çox önə gəlir. 1918-1920-ci illərdə, Demokratik Respublika dövründə daxildə necə dramatik hadisələr baş verirdi, bir-birini anlamırdılar. Nəsib bəy Yusifbəyli deyirdi ki, biz bolşeviklərlə bacarırıq, özümüzünkülər bizi başa düşmür, biz neyləyək? Belə bir əsəbi çıxış etmişdi... Həmin dövrdə maraqlı hadisələr olmuşdu, qaçaqlar hərəkatı başlandı, Bakıdakı milyonçuların davranışı... Bunlara toxunulmayıb. Toxunulsa da, ancaq şüarçılıq məqsədi ilə. Tarixçilərimiz də dərinə getməyiblər, bir az toxunublar. Həmin dövrün qoxusunu, tamını bizə çatdıran serial olsun deyərdim.

“NİYƏ DƏ RƏSULZADƏ HAQDA FİLM ÇƏKMƏYİM”

- Dediyiniz dövrdə sizin qəhrəmanınız kimdir? Kim diqqətinizi daha çox çəkir?
- Desəm ki, Məhəmməd Əmin Rəsulzadə, mən orijinal olmayacam. Çünki Rəsulzadə çoxgedişli siyasətçi idi. Onu hələ öyrənmək lazımdır. Hələ onun mühacirət dövründə nələr baş verdi!.. Onun Türkiyədən uzaqlaşdırılması... Stalin onu burdan apardı. Bu balaca məsələ deyil. Stalin - tarixi yaradanlardan biri idi, o, məhz Rəsulzadə üçün gəlmişdi, onu həbsxanadan çıxarıb Moskvaya apardı. Bundan sonra ona dönük çıxıb ölkədən qaçmaq da hər adamın hünəri deyil.

- Sonra da ona qarşı mübarizə aparmaq...

- Stalinə məktub yazmışdı ki, sizin haqqınızda yaxşı fikirdəyəm. Ancaq bir şeyi yadınızda saxlayın, biz müxtəlif mədəniyyətlərik, gec-tez Azərbaycan sizdən ayrılmalıdır. Onun Stalinlə bağlı xatirələri də gözəl əsərdir. Niyə də Rəsulzadə haqda film çəkməyim? O özü tələb edir, istəyir.

“TELEVİZİYALARDA RƏSULZADƏYƏ EMARQO VAR”

- Siz özünüz televiziyada işləmisiz və Rəsulzadəyə qarşı televiziyalarda embarqonun olduğu həmişə deyilir. Siz bunu hiss etdinizmi? Gördünüzmü?

- Var belə bir embarqo. Amma bilmirəm bu nəylə əlaqədardır. Ağla gələ bilər ki, yuxarıda bunu sevmirlər. Yox, bu deyil. Amma gerçək səbəbi də bilmirəm. Heç bir şəxsiyyəti ideallaşdırmaq lazım deyil.

- Dinləyici yazır ki, indiki dövrdə Rəsulzadə sevgisindən vaz keçin, ümummili lider haqda film çəkin.

- Ümummilli lider deyəndə Heydər Əliyevi nəzərdə tutur? Heydər Əliyev böyük siyasi
Nadir Bədəlov
Nadir Bədəlov
şəxsiyyətdir. Və onun haqqında filmlər çəkiləcək. Bildiyimə görə, bu yaxınlarda bir film də çəkilməlidir. Ssenari müəllifi Ramiz Fətəliyevdir. Mədəniyyət və Turizm Nazirliyinin xəttiylə çəkilir, hazırda hazırlıq işləri gedir. Böyük bir qrupdur. Ümid edirəm ki, çox maraqlı film olacaq.

- Siz də onun haqqında sənədli film çəkmisiz deyəsən?

- Çəkmişəm bəli. Bu adama baxdıqca heyrətə gəlirsən...

- Nədədir onun fərqliliyi?

- 1993-cü ildə bir-birinin ardınca hadisələr baş verirdi. Bunların içindən çıxmaq, həll etmək, sonra “Əsrin müqaviləsi”ni bağlamaq, illər sonra nəticəsini görmək...

- Müqavilə onsuz da bağlanacaqdı. Amma rayonlar da getdi ard-arda.

- Bəs niyə bağlanmadı?

- Onunla bağlı müxtəlif ehtimallar var. Beynəlxalq mətbuat yazır ki, bəzi neft şirkətləri ona hakimiyyətə gəlməkdə dəstək veriblər və müqavilə də ona görə şirkətlərin mənfəətinə uyğun şəkildə imzalanıb.

- Yəni Azərbaycanın çətin dövründə radikal mövqe tutmaq, demək ki, mən sizi saymıram mümkün deyildi.


Nadir Bədəlovu gənc yazarların romanları niyə cəlb etmir?

Azərbaycan kinosunun dünəni və bü günü haqda nələr düşünür, nələri dilə gətirdi?

Mirzə Cəlillə bağlı tədqiqatçılardan hansı suallara cavab istədi?


Bunları bilmək üçün proqramı tam şəkildə burdan dinləyin.
XS
SM
MD
LG