Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:47

Azərbaycanda milli azlıqlar


-Azərbaycan Respublikasında milli azlıqların sayının, dilinin və sıx yaşayış yerlərinin struktur tərkibi

/Mənbə: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi/

Milli azlıq Sayı Dili Sıx yaşadığı ərazi

Ləzgilər

178000

Qafqaz dillərinin Dağıstan qrupuna aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri

Azərbaycanın şimal bölgələri

Ruslar

141700

Şərqi-slavyan qrupuna aid olan rus dili

Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri

Ermənilər

120700

Hind-avropa dil ailəsinə aid olan erməni dili

Dağlıq Qarabağ, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq məlumata görə, 30 minə yaxın erməni Dağlıq Qarabağdan kənar, eləcə də Bakıda yaşayır

Talışlar

76800

Hind-avropa dil ailəsinin İran qrupuna aid olan talış dili, eləcə də Azərbaycan dili

Cənub bölgələri

Avarlar

50900

Qafqaz dillərinin Dağıstan qrupuna aid olan avar dili, eləcə də Azərbaycan dili

Şimal bölgələri

Məhsəti türkləri

43400

Azərbaycan dili

Şimal və aran bölgələr

Tatarlar

30000

Türk dil ailəsinə aid olan tatar dili, eləcə də rus dili

Azərbaycanın şəhərləri

Ukraynalılar

29000

Şərqi-Slavyan dil ailəsinə aid olan Ukrayna dili, eləcə də rus dili

Bakı

Saxurlar

15900

Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dili, eləcə də Azərbaycan dili

Zaqatala rayonu

Gürcülər

14900

Qafqaz dillərinin Kartvelian qrupuna aid olan gürcü dili

Qax rayonu

Kürdlər

13100

İran dil qrupuna aid olan kürd dili

Ermənistanla silahlı münaqişədən əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx yaşamışdırlar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq, köçürülmüşdürlər.

Tatlar

10900

İran dil qrupuna aid olan tat dili

Şimal bölgələri

Yəhudilər: Avropa (Aşkenazi), dağ və gürcü yəhudilərinə bölünür

8900

Semit dil ailəsinə aid Semit qrupuna daxil olan yəhudi dili

Quba rayonu və Bakı şəhəri

Udinlər

4100

Qafqaz dil ailəsinin Dağıstan qrupuna aid olan udin dili

Şimal bölgələri

XS
SM
MD
LG