Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:11

Bir qrup Azərbaycan yazıçısı təbrizli həmkarlarına səsləndi


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
Bir qrup Azərbaycan yazıçısı İranda həbs olunan gənc yazarlar Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynin azadlığa buraxılmasına yardım üçün təbrizli həmkarlarına müraciət ediblər.

"Artıq üç aydır ki, Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə Təbrizdə heç bir əsas olmadan həbs olunaraq saxlanılır.

Biz bu gəncləri yaxşı tanıyırıq və onların hər hansı bir casusluqla, yaxud narkotiklə məşğul olmalarına da inanmırıq. Bu gənclər Azərbaycanın istedadlı gəncləridir, onların taleyi bizi çox narahat edir.

Biz Təbrizli qələm dostlarımızı, qardaşlarımızı oraya xoş məramla poeziya festivalına getmiş Fərid Hüseynlə Şəhriyar Hacızadənin taleyinə biganə qalmamağa çağırır, onların hüquqlarının qorunması uğrunda mübarizəyə qoşulmağa səsləyirik.

İnanırıq ki, siz də Azərbaycan şairlərinin azadlığa buraxılmasında bütün səy və bacarıqlarınızı əsirgəməyəcək, şəxsi və ictimai əlaqələrinizdən istifadə edərək İran hökumətindən gənc qələm dostlarımızın hüquqlarını bərpa etməyi, onların azad edilib dərhal Azərbaycana dönməsini tələb edəcəksiniz.

Biz İranın sağlam düşüncəli, saf əqidəli ziyalılarına inanır və ümid edirik ki, bizim haqq səsimizə və çağırışımıza hay verəcəklər.

Hörmətlə,

Bir qrup Azərbaycan yazıçısı:

Əlabbas
Kamran Nəzirli
Yaşar
Saday Budaqlı
Salam Sarvan
Aslan Quliyev
Kəmalə Abiyeva
Fəxri Uğurlu
Aqşin
Aysel Əlizadə
Eyvaz Zeynalov
Nəriman Əbdülrəhmanlı
Azad Qaradərəli
Natiq Məmmədli
Avdı Qoşqar
Əhməd Oğuz
Mahmud Vəli"
XS
SM
MD
LG