Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:28

Norveç hökuməti neftçilərin tətilini dayandırdı


Norveç əmək naziri deyir ki, neft-qaz istehsalının dayanmasının qarşısını almaq üçün neftçilərin 16 günlük tətilini bitirməsinə hökumət müdaxilə etməli olub. Tətil Avropanın böyük enerji qaynağı Norveçin dəniz şelfində neft hasilatının tamamilə dayanmasına gətirib çıxaracaqdı.

Etiraz aksiyasına minlərlə neftçi çıxıb, onar təqaüdə çıxma şərtlərinə yenidən baxılmasını tələb edirdilər.

Norveçin əmək naziri Hanne Bjurstroem deyib ki, “Norveçin dövlət əhəmiyyətli maraqlarını qoruması üçün” bu tətilin qarşısı alınmalıydı.

Norveç Avropanın ikinci böyük qaz təchizatçısıdır. İşçilərin istehsalı dayandırması dünya bazarlarında gündəlik 1,6 milyon barel neftin əskik olması demək idi.
XS
SM
MD
LG