Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:36

Azərbaycanın olimpiya yığmasının yarısının legionerlərdən ibarət olması normaldırmı?


Azərbaycan olimpiya yığmasının Bolqarıstan doğumlu üzvü Boyanka Kostova
Azərbaycan olimpiya yığmasının Bolqarıstan doğumlu üzvü Boyanka Kostova
Vətəndaşlığı dəyişmək idmançılar arasında çoxdan yayılmış bir haldır. Amma yaxın həftələrdə başlanacaq London olimpiadasına qatılacaq atletlər arasında belələri o qədərdir ki, bu bir çoxlarının diqqətini cəlb etməyə başlayıb.

Məsələn, 2004-cü ildə olimpiadada Sudanı təmsil etmiş üçqat tullanma üzrə atlet Yamile Aldama indi Kubanın şərəfini qoruyacaq. Britaniya komandasında isə Amerikada doğulmuş atletlər var - 400 metrə qaçan Michael Bingham və Shana Cox, eləcə də maneələrlə 100 metrə qaçan Tiffany Porter.

Azərbaycan komandasında isə belə atletlər lap çoxdur

Azərbaycanı olimpiadada təmsil edəcək 50-dən çox idmançının təxminən yarısı Azərbaycan pasportu verilmiş əcnəbilərdir.

Bunlardan ikisi bolqar ağırlıqqaldıranlardır: Boyanka Kostova və Valentin Hristov. Onlar Azərbaycan yığmasına keçən il qoşulublar. Azərbaycan buna görə Bolqarıstana yarım milyon dollar ödəyib.

Amma bir müddət sonra Bolqarıstan pulun azlığını bildirdi. Səbəb də onu göstədi ki, ödənilən məbləğ olimpiadada iştiraka icazəni nəzərdə tutmurdu.

Bir neçə ay davam edən mübahisədən sonra

Bolqarıstan güzəştə getdi...

Amma dünya ölkələrinin bir çoxunda pasportunu dəyişən idmançılara birmənalı münasibət yoxdur.

Fanatlardan bəziləri deyir ki, bu, idmanın kommersiyalaşmasına aparıb çıxarır.

Bu ilin mart ayında Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jacques Rogge demişdi ki, bəzi idmançıların vətəndaşlığını dəyişməsinə haqq qazandırmaq olar, məsələn ailə vəziyyətinə görə, yaxud öz ölkəsində idmana qayğının az olmasına görə.

Amma bəziləri sırf olimpiadalarda vətəndaşlığı dəyişməklə çoxlu pul qazanmaq məqsədi güdür.

“Bəzi hallarda açıq-aydın görünür ki, atletə öz ölkəsində biganə münasibət yoxdur,
Londonun Olimpiya stadionu
Londonun Olimpiya stadionu
amma buna baxmayaraq vətəndaşlığını dəyişir. Biz bunun qarşısını ala bilmərik, çünki bu hər kəsin özünün müstəqil olaraq verdiyi qərardır. Səmimi deyirəm ki, bundan heç xoşum gəlmir”.

Azərbaycan, Qazaxıstan və başqa post-sovet ölkələri əcnəbilərdən getdikcə daha çox istifadə etməyə başlayırlar.

2008-ci ildə Rusiyanın 5 tennisçisi Qazaxıstan komandasına keçmişdi

Ötən iki ildə isə daha iki rus tennisçi Qazaxıstan komandasına üzv olub.

Çində doğulan dörd ağırlıqqaldıran da Qazaxıstanı Londonda təmsil edəcək. Onlar qazax vətəndaşlığı almaqla yanaşı adlarını da qazaxcaya uyğunlaşdırıblar:

Maya Maneza, Zulfiya Çinşanlo, Arli Xontay və Farxad Xarki.

Onlar olimpiadaya lisenziya qazananacan bir sıra beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər.

Qazaxıstanın ağır atletika yığmasının baş məşqçisi Mendixan Tapsiruli deyir ki, xarici atletlər yerli gəncləri bu idman növü ilə məşğul olmağa daha çox həvəsləndirir.

“Biz bu idmançıları gətirdik ki, ölkə daxilində rəqabəti artırsınlar. Onların beynəlxalq yarışlarda uğurundan sonra daha çox gənc bu idman növü ilə məşğul olmağa başlayıb. Bu idmançılar güclüdür və London olimpiadasında medal qazana bilərlər”.

Amma bəziləri deyir ki, əcnəbilərə bu qədər pul xərcləyincə

Həmin pulu yerli idmançıların yetişməsinə sərf etmək olardı

Qazaxıstanlı idman jurnalisti Rauan Okas:

“Hətta Xontay və Xarki qızıl medal udsalar da, azarkeşlər bu qələbəyə sevinməyəcəklər. Çünki onlar bizim üçün xaricilərdir”.
XS
SM
MD
LG