Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Fərid Hüseyn. Hərdən


-
HƏRDƏN

Bir az küsmək,
bir az barışmaq qatdın,
sağ ol, dəyişdin sevginin dadın.
Xoşbəxt yaşamaq çətindi,
hərdən kədər də lazımdı,
Sağ ol, düzgün nizamlayırsan məhəbbətin balansını.
Hərdən ümidlər də qırılmalıdı.
İtirmədiyin yerdə axtararkən arxayın olursan tapmayajağına.
Hərdən tapmamaq lazımdı.
İzli yollar əvvəlki ünvanlara aparajaq bizi.
Bir az tərsinə yaşamaq lazımdır,
gəldiyimiz yolları bir də qayıtmamalıyıq.
Divarlar küçələrə üz çevirir, həm bizə,
həm də divarın əks tərəfindəkilərə, sən mənə.
Amma həmişə yox, hərdən.
Qalalar ölkələri,
divarlar həyətləri,
ayrılıq sevgini qoruyur ,
Amma həmişə yox, hərdən.

"Ulduz"
XS
SM
MD
LG