Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:47

Nuranə Nur. Ağlamaq


-
Ağlamaq

Tayı itmiş ayaqqabı kimi
Qarşı-qarşıya durmuşam yalqızlığımla
O da bir gün itsə...
Diz çökəcəm dili olmayan sirrimin qarşısında
Yalvaracam ruhumu əldən salan xatirələrə
Içimdə hıçqıran göz yaşlarım ovuclarıma doğacaq.
Baş əyəcəm ovuclarıma,
hönkürəcəm doyunca.
Ilk dəfə ağlayacam utanmadan
doğulduğumda ağladığım kimi...
Ağlayacam...
Sirrim lal olduğunu unudacaq,
ruhum dincələcək,
ovuclarım doyacaq.
Ağlamaq...
Insan belə doğulursa,nəyi pisdir?
Ağlamaq...
Insana insan olduğunu xatırladan
ən gözəl hissdir.
XS
SM
MD
LG