Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:56

İranda xilasetmə əməliyyatı başa çatıb


İranın şimal-qərbində zəlzələnin fəsadları
İranın şimal-qərbində zəlzələnin fəsadları
-

XİLASETMƏ ƏMƏLİYYATI BAŞA ÇATIB

İran hakimiyyəti ölkədə baş vermiş zəlzələ nəticəsində 227 nəfərin öldüyünü, 1380 nəfərinsə xəsarət aldığını deyir.

Bundan əvvəlki məlumatlarda ölənlərin 250-dən çox olduğu bildirilirdi.

Daxili işlər naziri Mohammad Najar jurnalistlərə xilasetmə əməliyyatlarının başa çatdırıldığını deyib.

Nazirin sözlərinə görə, 600 kənddə evlərin yarıdan çoxu dağılıb, 16 min adam evsiz qalıb.

Zəlzələnin mərkəzi Təbrizin yaxınlığında qeydə alınıb.

Yeraltı təkanların gücü 6,4 bal olub.

250 ÖLÜ, 2000-DƏN ÇOX YARALI

Ötən gün İranın şimal-qərbində baş verən zəlzələdə azı 250 adam ölüb, 2000-dən çox yaralı var. Ölənlərin sayının artacağı gözlənilir. Bəzi yerli xəbər agentlikləri yaralıların sayının artıq 2000-i keçdiyini bildirir.

Onlarla xilasedici dəstə dağıntılar altında qalanları çıxarmağa çalışır.

6,4 ballıq zəlzələ Təbriz şəhəri yaxınlığında qeydə alınıb. Haris və Varzaqan şəhərləri də xəsarət alanlar sırasındadır.

Daxili İşlər nazirinin müavini Hassan Qadami bildirib ki, təkanlar ümumilikdə 110 kənddə hiss olunub.

Bir çox kənddə telefon və kommunikasiya xətləri sıradan çıxıb. Bu isə xilasetmə işlərini çətinləşdirib. Təbriz şəhərində də telefon rabitəsində nasazlıqlar var.

Prezident Mahmud Ahmadinejad hökuməti «zəlzələnin təsir etdiyi insanlara kömək üçün bütün səyləri səfərbər etməyə» çağırıb.

İRANDA ZƏLZƏLƏ OLUB

İranın Şərqi Azərbaycan əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 250-ni keçib
İranın Şərqi Azərbaycan əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 250-ni keçib
İran rəsmiləri ilkin hesablamalara görə avqustun 11-də İranın azərbaycanlılar yaşayan ərazilərində baş vermiş zəlzələdə azı 180 nəfərin həlak olduğunu, 1300 nəfərin də yaralandığını bildirirlər. Tələfatın miqyasının daha böyük olmasından narahatlıqlar var.
İran mediası zəlzələdən 6 kəndin tam, 60 kəndin isə 80 faizə qədər dağıldığını yazır. Kommunikasiya xətləri sıradan çıxdığından təbii fəlakətin miqyası haqqında hələlik tam məlumat almaq mümkün olmur.

İran prezidenti hakimiyyət orqanlarını zəlzələdən ziyan çəkənlərə yardım üçün bütün imkanları səfərbər etməyə çaırıb.

GunAz televiziyasının məlumatına görə, zəlzələ bu gün axşam saatlarında İran Azərbaycanın mərkəzi Təbriz şəhərinin şimal-şərqində Rixter cədvəli ilə 6,4 və 6,3 bal gücündə iki dəfə baş verib.

Sarsıntılar Qərb Azərbaycan, Ərdəbil, Zəncan və Gilan əyalətlərində də hiss edilib.
Azərbaycan Respublikası Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2.0 bala qədər hiss olunub (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələrində). Amma tələfat və dağıntı olmayıb.


XS
SM
MD
LG