Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:37

Ağ ev Ramil Səfərovun əfvindən narahatdır


Ağ ev
Ağ ev
-
Bu barədə Ağ evin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, ABŞ prezidenti Barack Obama Azərbaycan zabiti Ramin Səfərovun Azərbaycana qayıtdıqdan sonra evf olumasınından narahatdır:

«Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və Macarıstan qanunlarına əsasən ömürlük həbs cəzası alıb. Ramil Səfərovun əfvi ilə bağlı biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına və barışığa ziddir».

ABŞ Ramin Səfərovun Azərbaycana köçürülməsi ilə əlaqədar Macarıstandan izahat tələb edir.

Avqustun 31-də Prezident İlham Əliyev Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

ABŞ-IN BƏYANATINA 2 FƏRQLİ YOZUM


ABŞ hökumətinin Ramil Səfərovun əfvi ilə bağlı bəyanatına fərqli münasibətlər gəlir.

«ƏDALƏT TƏMİN OLUNUB VƏ RAMİL SƏFƏROV AZADLIQDADIR»

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov hesab edir ki, ABŞ-ın bu bəyanatı ədalətsizdir:
Rasim Musabəyov
Rasim Musabəyov

«Bu bəyanat Azərbaycan üçün nə istidir, nə soyuq. İş işdən keçib. Ədalət təmin olunub və Ramil Səfərov azadlıqdadır. Bu haqda bəyanat verən Dövlət Departamenti, Ağ ev Qarabağda əlləri cinayətlərə bulaşmış Serzh Sargsyan'ı, Robert Kocharyan'ı prezident kimi qəbul edirlər və onlara heç gözün üstə qaşın var demirlər. Onların Azərbaycana hansısa irad bildirməsi ədalətli deyil və buna elə də böyük reaksiya vermək lazım deyil. Regionda sabitliyi pozan Ermənistanın işğalı və bu işğala göz yumaqdır. Ramil Səfərovun 8 il öncə törətdiyi hadisə də bu işğala biganə yanaşmanın nəticəsidir».

«RAMİL SƏFƏROVUN AZADLIĞA BURAXILMASINDA NƏ SİYASİ İRADƏ, NƏ HÜQUQA HÖRMƏT, NƏ DƏ MÜNAQİŞƏNİN HƏLLİ İSTƏYİ VAR»

Politoloq Zərdüşt Əlizadə isə bəyanatdakı fikirlərlə tam razı olduğunu bildirir. O, hesab edir ki, Prezident İlham Əliyev əfv sərəncamı ilə hüquqa hörmətsizlik nümayiş etdirib:

«Bu bəyanatdakı fikirlərlə mən tamam razıyam. İlham Əliyevin bu əfv sərəncamı münaqişənin həllinə, bölgədəki əmin-amanlığa, sabitliyə xidmət etmir.
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Ermənilər qanunsuz hərəkət edib Azərbaycanın torpaqlarını işğal edibsə, Azərbaycan da qanunsuz hərəkət edib cinayət törədən birini azadlığa buraxır. Özü də vətəninə qayıtdığı gün. Heç olmasa gözləyirdilər, 1-2 il Azərbaycanda həbsdə saxlanaydı. 2-3 ildən sonra deyərdilər ki, tövbə etdi, səhvini anladı və bundan sonra azad olunaydı. Ramil Səfərovun dərhal azadlığa buraxılmasında nə siyasi iradə, nə hüquqa hörmət, nə də münaqişənin həlli istəyi var. Burada yalnız və yalnız ucuz şöhrət var. Qanunun aliliyini anlamayanlar sevinib, bayram edəcəklər. Bu addımı üçün prezidentə təşəkkür edəcəklər».

PREZİDENT ADMİNİSTRASİYASI ABŞ-IN AÇIQLAMALARINA MÜNASİBƏT BİLDİRİB

«Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan beynəlxalq Konvensiyanın tələblərinə tam əməl edib».

Fuad Ələsgərov
Fuad Ələsgərov
Bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

O qeyd edib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası ilə tənzimlənir:

«Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi prosedurasına dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb».
XS
SM
MD
LG