Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:43

Xalid Mahmud. Şeirlər


-

Özümdən uzaqlaşdım...

Göyə bir səs atdım daş əvəzinə,
Bilmədim nifrətdi,
ya duadı bu.
Gözlədim qayıtsın, qayıtmadı ki...

Həsrət sükutumu dişlədi sanki,
Bir qız yaxasıyla əlimi açdı.
İsti dodağında üzüm üşüdü...

Ümid yazıq-yazıq boynunu bükdü,
Bir işıq ləkəsi düşdü üstümə.

Məsafə uzandı...
Addım səsləri...
Janını tapşırdı bir qara kölgə.

Özümdən uzaqlaşdım
barmaqlarımın ujunda,
Görəsən, heç kəsi oyatmadım ki?..


Soyun gözlərimi...

Mənim həsrətimin dərd mövsümüdü,
Torpağam,
üstümdən çək ayağını,
Buludlar sinəmin üstünə yağsın.

Bir ağız bayatı hönkür üstümə,
Qaysaqlı yaramın üstü açılsın.

Bir az buludları çək sağ tərəfə,
Gözlərim günəşi görmək istəyir.

Açıq düymələrin nağıl danışır,
Bəsdi, öldürm axı,
yaxanı bağla...

Bədənim uçunur, bəlkə gedəsən,
Götür, nəyim varsa özünlə apar,

Özümdən getmədim,
özümə gəldim...
Günahım nədisə, bağışla, Tanrım.
Soyun gözlərimi, ört günahımı.


Əllərim yorulub

Günahım divarda asılan şəkil,
Üstünü örtməyə
çatmır əllərim.
Nifrət laxtalanıb dodaqlarımda...

Düşüb ağırlığı çiynimin üstə,
Basıram torpağa günahlarımı,
Ağrısı ağlayır addımlarımda...

Qan axır ümidin ətəklərindən,
Əyil, torpaq götür, yaramı bağla...

Ölmədim, ölümdən qorxdum bəlkə də,
Ölüm, günahımı qanımla yuyum...

Əllərim yorulub...
Ruhum tər tökür...
Növbəyə durmuşam döyüşmək üçün...

Haqqın dərgahında dayanıb səssiz,
Barmaqlar qul kimi əmrə müntəzir...


Gəl gedək

Sözümün ağzından düşdüm şəhərə,
gəzdim misra-misra küçələrində.
Gejəni gejə tək oxuyub gördüm,
sərib günahını səhərin üstə,
Astarı didilib küçələrin də.

Dayan, ayaq saxla, gedən qaraltı,
söylə, günahının qiyməti nədi?
Yaxın gəl, tanıdım, üzünün rəngi
bir ovuj həyanın qiymətinədi.

Sən də mənim kimi mələk deyilsən,
gəl, qoşa adlayaq boş küçələri.
susub danışmayan daş küçələri.
Az qalıb səhərin açılmağına,
gəl gedək dünyadan işıqlaşmamış.

Gedək, qaranlığın içiylə gedək,
gedək bu dünyadan, günahkarıq biz.
Qorxuram gün çıxa, səhər açıla,
tuta əlimizdən günahlarımız.


Yazıdı bu

Mənə sual vermə, janım,
alnımdakı yazıdı bu.
Barmağımdan keçən dərdin,
varaqlara nazıdı bu.

Söz istəsə ürək səndən,
tut ümidin ətəyindən,
ya bəxtindən, taleyindən,
deməyin narazıdı bu.

Ömürdü, yoxdan var kimi,
sıxar bizi divar kimi,
qanad verər, sıxar kimi,
bəxtimin qəm tasıdı bu.

Büdrəmədim hər jığırda,
addımladım xırda-xırda,
alnımdan keçən jığır da,
taleyin qarasıdı bu.


Zindan kimi

Ayaqların yorğun yerişi
darısqal otaqdakı var-gəlin
səbəbini anladır...

Balaja gözlükdən düşən
işıq da
ağır yük kimi görünür
çiyinlərimdə...

Addım səslərindəki
nifrətin dibsizliyi
üşüdür divarları.

Hər şey
zindan kimi görünür...
Qapını açan ölümə
xoş gəldin - deyir
gözlərimdəki ümidsizlik...


Yaşamağa doğru

Dostları tanımaq asanmış demə,
bir az yaşamağa majalın ola.
Gərək bu dünyada yaşamağa da,
üzünün dərisi lap qalın ola.

Neyləyək, belədi həyat tərzimiz,
lap elə yaşayıb, biz olməsək də.
Zaman tərzimizi özü açajaq,
görənlər görəjək, biz görməsək də.

Mənmiyəm hər şeyin sahibi, bilməm,
bilməməyin özü bir təsəllidi.
Çalışma hər şeyə kölgə salmağa,
gejəylə sabahın yeri bəllidi.

Üstümə gejəylə dağılanları,
gündüzlə yuyuram ətəklərimdən.
Mən də misra-misra açdım süfrəmi,
götürüb dadına baxsın hər gələn.


ÖLÜMÜN HALLARI

Mən ölümü tanıyıram,
ən yaxın dostumdan da yaxşı…
küçənin tinində
sənə uzanan dilənçi ovcunu
boş qoyursansa,
həyata dikilmiş baxışlarda
ümid ölür
və yaşamaq cəhdi ölür
bir əlin içində…
Axşam yatağına uzanıb
gözlərini yuman zaman
gün ölür səninçün.
Bu ölümün kliniki halıdır,
hər gün təkrar olunur…
Sevgi ölür içində
və heç kimi sevə bilmirsən daha,
Nifrət ölür dodaqlarında
və heç kəsə nifrət edə bilmirsən.
Sevgi yoxsa,
nifrət etməyə də
bir şey yox demək…
Bir fikir ölür beynində
və bir söz ölür
dilinin ucunda…
Bax,bu ağ ölüm adlanır…
Ən dəhşətli ölüm
ölümün psixoloji halıdır
Evindən bazarlıq etmək
bəhanəsiylə çıxıb
yad kişinin qolları arasında
bazarlıq edən qadının
yaxud evdə arvadına
“səni sevirəm”-deyib
başqa bir qadının qucağında
bu sözü öldürən
kişinin ölümü…
Mən ölümü yaxşı tanıyıram…
zaman-zaman,
addım-addım,
söz-söz ölür insan.
Hər gün, hər saat, hər dəqiqə…


TALEYİN BU ÜZÜ

Özümə və Şəmşada
Şəhər həmin şəhərdi,
insanlar başqa…
Düyünlənmiş əllərim
ciblərimdən üzürlü.
Yolların ayağında
vaxt oxuya-oxuya
yaxasını yellədir.
Sahibinin vəziyyətini
hiss etdirməyə çalışır
yorğun addımları.
Nifrətini gizlətməyə çalışsa da,
gözlərində
ümiddən əsər-əlamət yox…
və bu xəstəlikdən əziyyət çəkir
həyata keçməyən arzular.
Ölüm haqqında fikirləşmək
hələ tezdi.
Dünyaya bir misra
yaşamaq üçün gəldik,
bir dodaq ölmək üçün yox…
Bax, sənin qismətinə
düşən yolu ayaqla.
Şəhər həmən şəhərdi,
sən burda yad və miskin.
Bircə dodaq tapmadım
bu şeiri misra-misra,
için-için ağlasın…


ATAM DEYƏRDİ

Dəyişib hər şeyin rəngi, bir zaman,
Hamı bir-birinə adam deyərdi.
Adamlar itirib adamlığını,
Özüm öz içimdə yadam, deyərdi.
Haqqı misra-misra taxdım dilimə,
Sözü bayraq kimi aldım əlimə,
Vətən vətən olsa, səni olümə,
Göndərib, sonra da şadam, deyərdi.
Söz tutmur, quruyub haqqın dodağı,
Zülmün köynəyindən keçib sınağı,
Bir qurtum ümid ver ölüm qabağı,
Rahatca uyuyub yatam, deyərdi.
Dilimi anlamaz hər naşı sözdən,
Zaman çox axıdıb göz yaşı sözdən,
Qoysunlar mənimçün başdaşı sözdən,
Məzarım ən rahat odam, deyərdi.
Çeynəyib tüpürək bu yalan sözü,
Öldürüb-dirildən, can alan sözü,
Dilimin ucunda qaralan sözü,
Qopar, sən de barı, atam deyərdi.


NƏ XOŞBƏXTƏM

Ömür adlı bu fürsəti yaşamadım ki…
xoşbəxtliyin ətəyindən əlim üzüldü.
Bir yol seçdim yeriməyə, ayağım altda,
ha büdrədim, ha yıxıldım yolum üzüldü.
Cırmaqlayır ürəyimi bu tin, bu küçə,
addım-addım bu yolları ayağım keçir.
Əllərimi sıxan düşmən, ya dost, fərqi yox,
dilimlənmiş sözlərimdən dodağım keçir.
Ölüb gedib, yaşamağa ümid ki, yoxdu,
sorağını qulağıma mələk gətirir.
Məzarını əllərimlə özüm qazmışam,
qaranquşlar dimdiyində çiçək gətirir.
Ürəyimdən keçənləri varağa yığdım,
ölüm qorxub yaxasını qırağa çəkdi.
Nə müddətdi gözlədiyim “ağ” günə çıxdım,
Tanrım məni dərdlərimlə sınağa çəkdi.


"Azərbaycan" jurnalı, kult.az
XS
SM
MD
LG