Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:42

Zeynal Vəfa. Şeirlər


-

ƏMRİNƏ MÜNTƏZİRİK, ALİ BAŞ KOMANDANM!


Ömrün iki əsrini
Dərdlə bitirmişik biz.
Neçə-neçə ölkəlik
Torpaq itirmişik biz.
Ömründə birjə kərə
Əl atmadıq yarağa.
Keçdi yad jaynağına
Təbriz, Mərənd, Marağa.
Borçalısız, Dərbəndsiz
Qəlbim para-paradır,
Zəngəzur ürəyimdə,
Sağalmaz bir yaradır.
Nə qərbim var, nə şərqim,
Jənubum da yox artıq.
Boğazıma dirənib
Qəzəb adlı ox artıq.
Yol gedirik hələ də
Boş-boş vədlər altda.
Bu gün Laçın namusum
Qalıb təpiklər altda.
Qarabağ ürəyimdə
Ulu Zərdüşt odumdur
Şərəf sertifikatım,
Milli qürur kodumdur.
İçim tam olsa belə,
Çölüm bölüm-bölümdür.
Neçə irqçi millətin
Mayalar toplumundan
Doğulmuş bir tayfaya
Şikar olmaq ölümdür.
Yalan vədlər içində,
Xaçlı sədlər içində
Yol gedirik nə vaxtdır.
Gözləməklə kar aşmaz,
Torpağı işğal olmuş
Xalqa susmaq yaraşmaz.
Çölümə bir mesacdır
İçimdən gələn sözüm:
Xalqın özü-özünə
İnamsızlıqdır dözüm.
Yoxdur ehtiyajımız
Hər əjnəbi dayağa.
Əmr et, qalxaq ayağa,
Ali Baş Komandanım.

Nifrət də bir toxumdur,
Qəzəb də bir toxumdur,
Vətən itirənlərin
Qəlbində əkən gərək,
Beynində əkən gərək.
Xalq özü də tətikdə
Dayanmış bir mərmidir,
Tətiyi çəkən gərək.
Ojaq söndürülübsə,
Əvvəl ojaq sahibi
Közü qaytarmalıdır.
Torpaq əldən gedibsə,
Onu torpaq sahibi
Özü qaytarmalıdır.
Biz yetişmiş buğdayıq,
Qoy yadelli sanmasın
Əzilmiş saman bizi.
Qisas, intiqam üstə
Kökləyib zaman bizi.
Biz oğuzlar nəsliyik,
Hünər, qeyrət fəsliyik.
Jəsarətin, mərdliyin
Surəti yox, əsliyik,
Qoy bilsin jahan bunu.
Bir dünyaya sığışmaz
Mənim dərdim, zillətim.
Sənin birjə əmrinə
Müntəzirdir millətim.
Əmr et qalxaq ayağa,
Ali Baş Komandanım.

Nə qədər ki, qalxmayıb
Hökmdarlıq taxtına,
Vijdan, namus, ar hələ;
Nə qədər ki, jahanda
İşğal olunan yox,
İşğalçıya köməyə
Tələsənlər var hələ;
Nə qədər ki, müsəlman
Həmrəylikdən güj almır,
BMT-dən, ATƏT-dən
Bir türk səsi ujalmır,
Dözüb gözləmək yetər,
Dözüm ölümdən betər.
Gərək haqq sarayını
Adi sözlərdən deyil,
Saf əməldən hörəsən.
Hayıstan xaçpərəst yox,
Bir müsəlman dövləti
Olsa idi görəsən,
Keşiyində bu qədər
Ölkə dayanardımı?
Dərdi söndürmək gərək,
Onu közləmək olmaz.
İkili standartlar
Jığırilə yol gedən
İkisifətlilərdən
İmdad gözləmək olmaz.
Xojalı - 60 milyon
İnsanın fəryad səsi.
O iyirminji əsrin,
Bəlkə də iyirimi əsr
Sağala bilməyəjək
Bəşəri fajiəsi.
Orda torpaq ağlayır,
Orda ömür biçində.
Burdasa nərd atırlar
Külüngsüz Fərhadlarım,
Qılınjsız Babəklərim
Çayxanalar içində.
Ermənilər “Qarabağ
Bizimkidir” deyirlər.
Yandırajaq göy məni,
Qovurajaq yer məni.
Bu dünyada bir nəfər
Qarabağlı erməni
Tapmaq olarmı görən,
Zəngulə ilmələrlə
Bir “Heyratı”, bir “Şahnaz”,
Bir “Şur” toxuya bilsin.
Mənim Jabbarım kimi,
Seyidim, Xanım kimi,
Muğam oxuya bilsin?
Bu gün özəl dərdimiz
Dağlıq Qarabağ adlı
Problemin həllidir.
Problem düyün düşüb,
Bu hamıya bəllidir.
Qarşını bulud kəsib,
Günəş nur saça bilmir.
Bir dövlətin saldığı
Bu düyünü, yüz dövlət
Əlləşir aça bilmir,
Onu biz açmalıyıq.
Bu gün Əzrail belə
Döysə ömür qapımı,
Məni əsəb atəşim
İnan, sönməyənədək,
Onun namərd üzünə,
Qapı açan deyiləm.
Qaçqın yox, qaçırdılan,
Köçkün yox, köçürdülən
Bir milyon didərginin
Göz yaşını siləsi,
Bütün Daşnaqstanı
Öz qəzəb tonqalında
Qovum-qovum qovurub
Kül eləyə biləsi
Bir ordu yaratmısan
Qüdrətli, məğrur, mətin,
Ondan qurtulmaq çətin -
Qoy bilsin jahan bunu.
Budur mənim soz sözüm,
Millətin ürəyində
Daha qalmayıb dözüm,
Əmr et, millət atası,
Əmr et, qalxaq ayağa.



AZƏR­BAY­CAN - DÜN­YAM MƏ­NİM


Zə­mi gör­düm - oraq­lan­dı əl­lə­rim,

Bir də bax­dım yad zə­mi­dir, biç­mə­dim.

Çay­lar gör­düm, Xan Ara­zım de­yil­di,

Təş­nə­lik­dən yan­sam be­lə, iç­mə­dim.

Kör­pü gör­düm, iki hic­ran ara­sı,

Xü­da­fə­rin de­yil­di o, keç­mə­dim.



Bəm dün­ya­da nə na­mus var, nə qey­rət,

De­mək yo­xam, zi­lim mən­dən kü­süb­sə.

Mə­ni Zər­düşt oca­ğı­nda yan­dı­rın,

Qa­ra­ba­ğım, Mi­lim mən­dən kü­süb­sə.

Bam­sı Bey­rək qı­lın­cıy­la doğ­ra­yın

Siz di­li­mi, di­lim mən­dən kü­süb­sə.



Si­nən üs­tə quş nəğ­mə­si eşit­sən,

Bil ki, mə­nim Və­tən de­yən sə­sim­dir.

Bür­kü vax­tı hiss et­di­yin sə­rin meh,

Nə­fə­sim­dən axıb gə­lən nə­sim­dir.

De­mi­rəm ki, Şah da­ğı­na çev­ri­lim,

Zər­rə boy­da qu­mun ol­sam bə­sim­dir.



Öm­rü bo­yu məs­lə­kim­dən dön­mə­rəm,

Yed­di mil­yard qı­lınc yen­sə tə­pə­mə.

Yüz Eve­rest ba­ğış­la­sa ya­del­li,

Də­yiş­mə­rəm bir xır­da­ca tə­pə­mə.

Rədd edə­rəm, on oke­an ver­sə­lər,

Xə­zər­də­ki bir ma­zut­lu lə­pə­mə.



De har­da­san, ay Qa­ra­ca Ço­ba­nım,

Qoy sa­pan­da, Və­tən səm­tə at mə­ni.

Ən qiy­mət­li qı­zıl ol­sam be­lə mən,

Mis ye­ri­nə doğ­ma­la­ra sat mə­ni.

Su­ya dö­nüm, tor­pa­ğı­na qa­rış­dır,

Du­za dö­nüm, xə­mi­ri­nə qat mə­ni.



Ağac ol­sam bül­lur su­lar için­də,

Sən­siz ye­nə yar­paq­la­rım so­la­caq.

Əgər ol­sam qəh­qə­hə­lər Al­la­hı,

Gö­züm ye­nə sən­siz yaş­la do­la­caq.

Tək mən ol­sam bu dün­ya­nın sa­hi­bi,

Ye­nə evim Azər­bay­can ola­caq.



ADAM­LIQ­DAN UZAQ ADAM


Heyf onu adam bil­dim, adam mən,

Çox şü­kür ki, ta­nı­mı­şam, şa­dam mən,

İn­dən be­lə da­ha ona ya­dam mən.

Zül­mə­tin­də aya dön­düm, qan­ma­dı,

Səh­ra­sın­da ça­ya dön­düm, qan­ma­dı,

Sərt qı­şın­da ya­ya dön­düm, qan­ma­dı,

Əsl qan­maz o de­yil­di, mən idim.

An­la­ma­dım, dal­ğa de­yil, lə­pəy­miş,

Üs­tə zir­və, iç­də adi tə­pəy­miş,

Üfü­rül­sə da­ğı­la­sı kə­pəy­miş,

An­la­ma­dım, Tan­rım, mə­ni ba­ğış­la.

Göl­mə­çə­dən ayır­ma­yıb bu­la­ğı,

Qı­ra­tla­ra baş­çı qoy­du ula­ğı.

Onu göl­dən çı­xa­ra­nı ba­tır­dı,

Yat­mış­la­rı oya­da­nı ya­tır­dı.

Hey­rə­tin­dən bu­za dön­sün qoy hər kəs,

Zir­və­lə­rə qal­dır­dı­ğım o na­kəs,

Uca dağ­lar bəxş edir­kən hə­rə­yə,

At­dı mə­ni əl­çat­maz bir də­rə­yə.

Var­lı­ğın­da əsər yox­du şa­man­dan,

Ya­şıl otu ayı­ram­mır sa­man­dan,

Se­çə bil­mir o yax­şı­nı ya­man­dan.

O nə Töv­rat, nə İn­cil, nə Qu­ran­dı,

İçi sö­küb, yal­nız çö­lü qu­ran­dı,

On­da heç vaxt ol­ma­yıb­dır Tur an­dı,

Yax­şı­la­rı partla­da­caq uran­dı,

O uran­dan xi­las edin bi­zi siz.

Oyu­nu­nun ge­di­şi­nə zər­də bax,

Düş­mə­ni­nə düş­mən olan kəs­lə­ri,

O özü­nə düş­mən san­dı, dər­də bax.

Keç­di öm­rü müd­rik­lə­ri bi­çin­də,

O dağ­la­rı şum­la­dı ki, tək özü

Zir­və ol­sun tə­pə­lə­rin için­də.

O qı­fıl­dır cə­sa­rə­tin di­lin­də,

Mər­də nif­rət not­la­rı var zi­lin­də.

Elə bil­mə daş­lı yo­lu tül ey­lər,

Beş qa­rış­lıq bir kür­sü­dən ötə­ri,

La­zım gəl­sə beş qi­tə­ni kül ey­lər.



De­mi­rəm ki, mən ölən­də ağ­la­yın,

Siz çə­nə­mi möh­kəm-möh­kəm bağ­la­yın.

Axı Və­tən mə­ni öv­lad sa­yıb­dır,

Bu dün­ya­da gör­dü­yü­mü ba­rı mən,

O dün­ya­da da­nış­ma­yım, ayıb­dır.



MƏN HAQQ YOL­ÇU­SU­YAM


Bə­zən bir qə­zəb­lə ba­xıb üzü­mə,

Bu daş­lı yol­lar­dan çə­kil, de­yir­sən.

Bəs­di ona-bu­na gül­lə at­dı­ğın,

Sən xal­qa, mil­lə­tə və­kil de­yil­sən.



Xeyr, səhv edir­sən, möh­tə­rəm cə­nab,

Əy­ri tax­ta­la­ra çək­mə­səm rən­də,

Əy­ri­lik ru­hu var de­mə­li mən­də.

Bə­dən­də əza­lar ba­ta­caq ya­sa,

Çü­rük diş kö­kün­dən çı­xa­rıl­ma­sa.

Əl­lər­də fır­la­nan hol de­yi­ləm mən,

Çi­na­ram, pa­lı­dam, kol de­yi­ləm mən,

Hər gə­də-gü­də­nin tə­pi­yi altda,

Tap­da­ğa dö­nə­si yol de­yi­ləm mən.

Od­suz ocaq üs­tə sac qoy­duq, ye­tər,

Hər na­dan ba­şı­na tac qoy­duq, ye­tər,

Ula­ğı ötü­rüb ya­şıl ot­la­ğa,

Qı­ra­tı səh­ra­da ac qoy­duq, ye­tər.

Ağac kök üs­tün­də pər­və­riş ta­pır,

Kök əsl da­yaq­dır, da­yaq altda­dır.

Tor­paq çö­r­ə­yi­dir bə­şə­riy­yə­tin,

Yer ad­lı bu çö­rək ayaq altda­dır.

Eşit söz­lə­ri­mi, möh­tə­rəm cə­nab,

Gün­lə­rin mən ən zil qa­ra­sın­da­yam,

Bu yur­dun yurdsuz­luq pa­ra­sın­da­yam,

Si­fət­siz si­fət­lər ara­sın­da­yam,

Hə­lə yol ge­di­rəm, ha­ra, bil­mi­rəm,

Sən tək daş səd­lə­ri ya­ra bil­mi­rəm.

An­caq ya­ra­ca­ğam, əmi­nəm bu­na.

Bu yurdda hər da­lan, hər bənd sa­tı­lıb,

Zən­gə­zur, Bor­ça­lı, Dər­bənd sa­tı­lıb.

Təb­ri­zi hər­ra­ca qo­yan­la­rıq biz,

Nə­si­mi də­ri­si so­yan­la­rıq biz,

Teh­ran­da ba­ba­mız Kal­ba­lı xa­nın,

Gö­zü­nü neş­tər­lə oyan­la­rıq biz.

Ağ gü­nü qa­ray­la na­xış­la­mı­şıq,

Müd­ri­ki da­la­na pər­çim­lə­yib biz,

Na­da­na pros­pekt ba­ğış­la­mı­şıq.

İrə­li bi­lin­mir, ge­ri bi­lin­mir,

Yax­şı­nın, ya­ma­nın ye­ri bi­lin­mir.

Mən se­vinc gör­mə­dim dərd kür­sü­sün­də,

Na­mərdlər əy­lə­şib mərd kür­sü­sün­də.

Can­lı müd­rik evi ka­ha olub­dur,

Ya­bı­lar kə­hər­dən ba­ha olub­dur.

Mə­ni kim xır­daltdı? İriltdik­lə­rim,

Mə­ni kim öl­dür­dü? Di­riltdik­lə­rim.

Yox ba­ba, mən haq­qam, gü­man de­yi­ləm,

Hər yel­dən da­ğı­lan du­man de­yi­ləm.

Ən son anım­da da haqq göz­lə­ri­mi,

Haq­sız­lıq önün­də yu­man de­yi­ləm.


"Azərbaycan"
XS
SM
MD
LG