Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:35

Suriya üzrə yeni beynəlxalq elçi barışığa çağırır


Suriya
Suriya
Suriya üzrə yeni beynəlxalq elçi Lakhdar Brahimi Suriyada münaqişə aparan bütün tərəfləri atəşi dayandırıb danışıqlara başlamağa çağırıb.

O qeyd edib ki, bu ilk növbədə hakimiyyətə aiddir.

Brahimi əl Ərəbiyə televiziyasına müsahibəsində bildirib ki, təcili barışığa getmək lazımdır və bu Suriya xalqının qanuni tələblərinə cavab verməlidir.

Amma Lakhdar Brahimi münaqişəyə xaricdən hərbi müdaxilənin mümkünlüyünü istisna edib, bildirib ki, bu diplomatik səyləri poza bilər.

Hazırda Suriyanın Hələb şəhəri uğrunda ağır döyüşlər gedir.

Üsyançılar İraq sərhəddi yaxınlığında yerləşən hava hücumlarından müdafiə bazasını ələ keçirdiklərini deyirlər.
XS
SM
MD
LG