Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:38

Macarıstanın baş naziri: «Ramil Səfərovun verilməsinin hansı nəticəsi olacağını bilirdik»


Viktor Orban
Viktor Orban
Macarıstan bilirdi ki, qətldə təqsirli bilinən Ramil Səfərovun öz ölkəsinə - Azərbaycana verilməsi Ermənistanda əks-reaksiyalar doğuracaq. Reuters-in məlumatına görə, bunu
Macarıstanın baş naziri Viktor Orban sentyabrın 11-də deyib.

Yerli mətbuat yazıb ki, baş nazir belə reaksiyalar barədə xəbərdar edilməsinə baxmayaraq bu qərarı verib. Viktor Orban isə mətbuatın yazdıqlarına münasibət bildirərək deyib ki, hökumət daxilində bu məsələ ilə bağlı yekdillik olub:

«Hər bir nazirlik öz mövqeyini bildirib. Ədliyyə Nazirliyi hüquqi tərəfindən, Xarici İşlər Nazirliyi diplomatik nəticələrlə bağlı öz baxışlarını ortaya qoyub».

Baş nazirin sözlərinə görə, o, ümumi prosesin sonunda qərar verib: «Xarici İşlər Nazirliyi hansı nəticələr ola biləcəyi ilə bağlı dəqiq proqnoz vermişdi. Əvvəlcədən hesablamadığımız hər hansı bir hadisə baş vermədi».

Azərbaycan zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO təlimləri zamanı erməni zabitini qətlə yetirib. Səfərov məhkəmədə erməni zabitinin Azərbaycan bayrağını təhqir etdiyini bildirib. Səkkiz il yarım həbsdə yatdıqdan sonra Macarıstan onu ötən ay Azərbaycana ekstradisiya edib. Azərbaycan prezidenti İlham Əliyev isə zabiti əfv edib.

Bu hadisə Ermənistanda birmənalı qarşılanmayıb. Qonşu ölkə Macarıstanla diplomatik əlaqəni kəsib. Deyib ki, ölkəsində qəhrəman kimi qarşılanan zabiti azad etmək «ciddi səhv idi».
XS
SM
MD
LG