Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:01

Qadın taksi sürücüsü: «Maşın çörək ağacımdır» [Video]


Bakıda London taksisinin qadın sürücüsü
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Bakıda London taksisinin qadın sürücüsü

-
Sürücü Şəmsiyyə Babayeva ilə yola çıxırıq. O, 4 aydan çoxdur «London taksiləri»ndə sürücü işləyir. Həmin vaxtacan heç vaxt taksi sürməyib:

«3 gün bundan əvvəl cavan bir qızla oğlan maşınıma yaxınlaşıb məni görəndə təəccübləndilər. Sonra maşına əyləşəndə dedilər ki, Azərbaycanda da qadın taksi sürücüləri var».

Bir müddət əvvəl müflis olan Şəmsiyyə Babayeva 50 yaşında həyatını dəyişdirəcək qərar verir: taksi sürücüsü olmaq! Ailəsi qərarını etirazla qarşılayır. Xüsusən də oğlu:

«Maşın qadının həyatda ikinci dostudur. İkinci «çörək ağacı»dır. Taksi sürücüsü olmaq qərarımı ailəm etirazla qarşıladı. Ən əsas da oğlum».

12 SAATA 34 MANAT...

Maşın sürərkən o, ağ əlcək geyir. Əlləri qabar bağlamasın deyə.

Səhər saat 8-dən gecə 2-3-dək sükan arxasında olur. Gün ərzində orta hesabla 40-50 manat qazanır ki, onun da 28 manatını gündəlik plana, qalanını da yanacağa verir:

«Benzini biz alırıq, hər gün 5 manat verib maşını yuduzdurmalıyıq. Bu gün səhər 8-dən axşam 9-un yarısına qədər 34 manat qazanmışam. Onun da 28 manatı plana gedir, səhər 15 manatlıq benzin almışam. Deməli, mən hələ ən azı 9 manat da əldə etməliyəm ki, mayam çıxsın.
Sonra isə nə olsa mənə qalacaq. Üstəlik, beləcə tıxaclar olur. Saatlarla qalırıq tıxacda. İndi axşama kimi evə pul aparmaq üçün gözüm qalır saatda. 2-3 saatdan bir müştəri olsa sevinirik».

«BUNLAR YALNIZ PLANI QALDIRMAQ HAQDA FİKİRLƏŞİRLƏR»

Söhbət gündəlik plandan düşən kimi Şəmsiyyə Babayeva «London taksi» sürücüləri üçün yaradılan şəraitdən gileyləndi:

«Heç bir şərait yoxdur. Planı əvvəl 21 manata qaldırdılar. Sonra bu da onları razı salmadı, qaldırdılar 28 manata. İndi isə təzə qayda çıxarıblar – sürücüləri növbə ilə işlətmək. Hər növbədə işləyənlər isə 18 manat ödəməlidirlər. Bəs biz nə edək? Hər dəfə də bizə bir müqaviləyə imza atdırırlar».

Şəmsiyyə Babayeva ilə yolumuz burda ayrılır. Axı o, 34 manatı 50 manata çatdırmalıdır ki, evinə çörəkpulu apara bilsin.
XS
SM
MD
LG