Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:19

Bu fotonu çəkənə axır ki, Azərbaycandan çıxmağa icazə verildi


«Nə danışa bilərsən, nə də görə»
«Nə danışa bilərsən, nə də görə»
-
Haqqında cinayət işi açılmış Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun əməkdaşı, fotoreportyor Mehman Hüseynova ölkədən çıxmağa icazə verilib. Bu haqda hüquq-mühafizə orqanlarından ona oktyabrın 12-də məlumat verilib:

«Müstəntiq zəng etdi ki, prokurorluqdan icazə veriblər. İndi sənədləri hazırlayırlar ki, sərhəddə problem olmasın».

M.Hüseynov Dünya Gənclərinin Demokratiya Hərəkatının «Demokratiya mənim ölkəmdə 2012» fotomüsabiqəsinin qalibidir. Hüquq-mühafizə orqanlarının icazəsindən sonra o, bu mükafatı almaq üçün Peruya gedir.

Mehman onu müsabiqədə qalib edən şəkli bu il martın 12-də müxalifətin Bakıda keçirdiyi icazəsiz aksiyasında çəkib:

«Şəkli müxalifətin etiraz aksiyasında çəkmişəm. Şəkildə bu təsvir olunur - üç polis vətəndaşın həm ağzını, həm də gözünü yumur. Şəklin altında da yazmışdım ki, demokratiya bizim ölkədə belədir – nə danışa, nə də görə bilərsən. Müsabiqədə dünyanın 100-dən artıq ölkəsindən iştirak edib. Qiymətləndirməni də dünyanın ən professional və məşhur fotoreportyorları aparıb. Əvvəlcə şəklim ilk beşliyə daxil oldu. Sonra isə qalib olduğumu yazdılar».

CİNAYƏT İŞİNDƏ YENİLİK YOXDUR

Mehman Hüseynov
Mehman Hüseynov
​Elə M.Hüseynov haqqında açılan cinayət işi də icazəsiz aksiya ilə bağlıdır. O, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham olunur.

Daxili İşlər Nazirliyi bildirir ki, 2012-ci il mayın 21-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış aksiya keçirən vaxt M.Hüseynov polis əməkdaşlarına müqavimət göstərib. Cinayət işində isə hər hansı yenilik yoxdur:

«Məhkəmə mənə 2 ay şərti cəza vermişdi. O da avqustun 12-də bitib. Ondan sonra heç bir xəbər yoxdur. İstintaqın uzadılıb-uzadılmaması haqqında heç bir xəbər yoxdur».

İttiham təsdiqlənərsə, M.Hüseynov 2 ilə qədər islah işləri və ya 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Fotoreportyor ittihamları rədd edir və ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirir.
XS
SM
MD
LG