Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Türkiyə Ermənistan təyyarəsini yerə enməyə məcbur etdi


Son məlumata görə, Türkiyə Ermənistan təyyarəsini yoxlayandan sonra ona uçmağa icazə verib.
Bunu Reuters agentliyi Türkiyənin Baş nazirinin müavini Bulent Arinca istinadən xəbər verir.

***

Türkiyə Suriyaya uçan Ermənistan təyyarəsini yerə enməyə məcbur edib.
Türkiyənin xarici işlər nazirliyinin rəsmisi deyib ki, təyyarənin yükünü yoxlamaq üçün ona yerə enməyə əmr verilib.

Adının çəkilməsini istəməyən həmin rəsmi Frans Press agentliyinə deyib ki, “Ermənistandan Suriyanın Hələb şəhərinə humanitar yardım apardığını bildirən mülki təyyarə Türkiyənin üzərindən uçmağa icazə istəyib.”

Rəsminin sözlərinə görə, “Türkiyə bir şərtlə icazə verib ki, təyyarə Türkiyədə baxış üçün yerə enəcək və onun yükü yoxlanandan sonra öz yoluna davam edəcək.”

Ancaq nədənsə, Ermənistan təyyarəsinə yerə enməyə əmri Türkiyənin qırıcı təyyarələri verməli olub.
Bu barədə məlumatı Türkiyənin “Milliyət” qəzeti verib.

Reuters xəbər verir ki, Ermənistan təyyarəsini yerə enməyə Ərzurumda məcbur ediblər və burda axtarış keçirilir.

Associated Press agentliyi isə Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Selcuk Unalın sözlərini sitat gətirir ki, “təyyarədə heç nə tapılmasa, ona uçuşa icazə veriləcək”.

ERMƏNİSTAN ŞİRKƏTİ TÜRKİYƏNİ ŞOU DÜZƏLTMƏKDƏ İTTİHAM EDİR

Təyyarənin məxsus olduğu “Air Armenia” şirkətinin direktoru Arsen Avetisyan Ermənistanın News.am xəbər saytına deyib ki, “Türkiyə tərəfi medianın köməyi ilə təyyarənin planlı enişini əmrlə endiriş kimi qələmə verməyə çalışır”

Avetisyanın sözlərinə görə, əvvəlcədən razılaşdırılmışdı ki, təyyarə Türkiyədə yoxlama üçün yerə enəcək.

Keçən həftə Türkiyə Moskvadan Dəməşqə uşan Suriyanın sərnişin təyyarəsini Ankarada yerə enməyə məcbur etdi və axtarışdan sonra bildirdi ki, bu təyyarədə hərbi avadanlıq olub.

Rusiya bunu inkar etsə də xarici işlər naziri Lavrov sonradan bildirdi ki, təyyarədə ikili təyinatlı mallar olub. Yəni, bunlar hərbi də istifadə oluna bilər. Lavrov dedi ki, bu malların Suriyaya göndərilməsi leqal müqavilələrlə həyata keçirilir və sərnişin təyyarəsində belə avadanlığın aparılması normaldır.

Moskvadan uçan təyyarədə radar sistemləri üçün Rusiya avadanlığı olub.

Həftəsonu Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu bildirib ki, Türkiyə hava hüdudlarını Suriaya təyyarələrinə ümumiyyətlə bağlayır.
Suriya eyni hərəkəti Türkiyədən qabaq edib.
XS
SM
MD
LG