Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

Formula 1, tıxaclar və avtoşlar. AzadlıqFM-də avtomobillərdən danışırıq


Arxiv foto
Arxiv foto
-


FB-da FB müzakirəsi: Facebookda Formula Bir

FB-da FB müzakirəsi: Facebookda Formula Bir

Sosial şəbəkələrdə yayılan video kadrlar daha müasir formada Bakı küçələrində! Söhbət avtomobil yarışlarından gedir.

Bakıda başlayan 3 günlük avtomobil yarışları Facebookdan necə görünür?

Azərbaycan Avtomobil Fedarasiyasının üzvü Hikmət Əliyev və avtohəvəskar İlyas Əhmədov Azadlıq FM-də sualları cavablandırıblar.

Verilişə telefonla Bakı yol polis idarəsinin sözçüsü Vaqif Əsədov və jurnalist Xalid Kazımlı da qoşulub.



Hikmət Əliyev: Biz istəyirik ki, ölkəmizi hər yerdə tanıdaq. Mədəniyyətimizi tanıdaq. Xaricə gedəndə milliliyimizdən, qonaqpərvərliyimizdən danışırıq. İndi möhtəşəm şou keçiririk. Avtomobil yolları bağlansa da, qonaqpərvərliyimizi göstərməliyik.

İlyas Əhmədov: Bəsdir daha tamaşaçı olduq. Elə cavanlığımız tamaşaçı olmaqda keçdi. İştirakçı olmaq istəyirik. Çox istəyirəm. O adrenalini içimdə hiss etmək istəyirəm. Gənclər maraqla gözləyir bu yarışı. Amma onu da təsəvvür edirəm ki, bu yarışdan sonra onlar öz maşınlarını necə sürəcəklər.

Jurnalist Xalid Kazımlı: Mən bu verilişə jurnalist kimi yox, zərərçəkən kimi qoşuluram. Həmin gün minlərlə insan kimi mən də uzun müddət tıxacdan əziyyətdən çəkdim. Birdən-birə 4 saat tıxacda qalmaq böyük problemlər yaşatdı. Hər dəfə ölkədə belə böyük yarış keçiriləndə bu vəziyyət yaranacaqsa, onda şəhərdə yaşamaq mümkün olmayacaq.

Hikmət Əliyev: Bu tıxacın yarışa heç bir dəxli yoxdur. Bakıya giriş bəzi yerlərdən bağlanmışdı. Sədərək və Binə bazarlarından qayıdanlar da şəhərin içinə buraxılmadığı üçün onlar da Dairəvi Yolla «20 Yanvar» metrosuna tərəf gəlməli oldular.

Xalid Kazımlı: Zəlzələdən, ya vəlvələdən, həmin gün bütün şəhər iflic olmuşdu.

Vaqif Əsədov: Oktyabrın 24-də Üçüncü Kəmər Dairəvi Yol istiqamətində baş verən tıxacın səbəbi paytaxtın mərkəzində Formula-1 yarışları idi. Yarışa görə bəzi yollarda sürücülərin hərəkəti məhdudlaşdırılmışdı. Həm də Qurban Bayramına görə ətraf rayonlardan Bakıya gələnlərin sayı çoxalmışdı.


- Avtohəvəskarlar üçün tikilən yer onları qane edəcəkmi?

- Avtoşları necə neytrallaşdırmaq lazımdır?

- Bakıda keçirilən avtoyarış sponsorlarına qazanc gətirirmi?

- Yol polisinin sözçüsü avtoşlara nəyi məsləhət gördü?


Bu və digər suallara cavablar burda:


FACEBOOKDA İZLƏMƏK ÜÇÜN
XS
SM
MD
LG