Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Polisə xəbərçilik – 'şərəfli vətəndaşlıq borcu', yoxsa 'işverənlik'


Arxiv foto.
Arxiv foto.
-
“Rusiyanın daxili işlər naziri Vladimir Kolakoltesev ölkə əhalisini xəbərçiliyə çağırır” - “Moskovskiy Komsomolets” belə yazır. Rusiyalı nazir “stukaçlıq”la bağlı adamların beynində ciddi önyarğının oturuşduğunu deyib. O, çoxlarının buna nifrət etdiyini, ədəbsizlik və mənəviyyatsızlıq adlandırdığını bildirib. Əksinə Vladimir Kolakoltsev vətəndaşı cinayətlər haqqında polisə xəbər verməsini “yüksək şərəf” adlandırıb.

Nazirə görə, paqonlu adamlara mentalitetdəki münasibət kökündən dəyişməsə cinayətkarlığa qarşı mübarizədə keyfiyyətli sıçrayış mümkün deyil.

“MƏN BU ƏMƏKDAŞLIĞI “İŞVERƏNLİK” SAYIRAM”

Azərbaycanda da çoxları polisə xəbərçiliyi mənfi qarşılayır. Sumqayıt sakini Vidadi Məmmədov bu hərəkət Azərbaycanda da təhqiramiz sözlərlə çağırıldığını deyir:

“Mən vətəndaş olaraq polislə əməkdaşlığa pis baxıram, qəbul etmirəm və bunu “işverənlik” sayıram”.

“POLİSLƏ ƏMƏKDAŞLIQ EDƏNLƏRİ “İŞVERƏN” ADLANDIRMAQ KÖHNƏDƏN QALMA BİR İFADƏDİR”

Azərbaycan Daxili İşlər Nazirliyində də elə təxminən Rusiyalı həmkarları kimi düşünürlər. Onlar hesab edilir ki, baş verən cinayətlərin üstününün isti izlərlə açılmasında belə əməkdaşlığın böyük rolu var. Amma nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “polislə vətəndaş əməkdaşlığı” deyəndə nazirliyin 102 saylı qaynar xəttinə müraciətləri də nəzərdə tutur. O deyir ki, cinayətlərin yarıdan çoxunun üstü vətəndaşların verdiyi məlumatlar əsasında açılır:

“Təkcə bu ilin 6 ayı ərzində “102” qaynar xəttinə müraciət əsasında 4 mindən çox qanuna zidd hərəkətin qarşısı alınıb. Bu müddət ərzində polis bölmələrinin növbətçi hissələrinə 77 mindən çox müraciət üzrə qanuni tədbirlər görülüb, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilib”.

Orxan Mansurzadəyə görə, polislə əməkdaşlıq edənləri “işverən” adlandırmaq köhnədən qalma bir ifadədir və bu indiki polis-vətəndaş münasibətlərinə şamil edilə bilməz.

Sabiq sahə müvəkkili Maarif Əliyev isə rusiyalı nazirin “stukaçlıq” adlandırdığı əməkdaşlığın çoxdan mövcud olduğunu və bunun daxili məxfi qərarlarla tənzimləndiyini bildirir. Sabiq sahə müvəkkili həm də bunun pullu və pulsuz olmaqla iki qrupa bölündüyünü deyir. O fəaliyyəti dövründə bütün cinayətlərdən həmin adamlar vasitəsi ilə xəbər tutduğunu və onların vasitəsi ilə də elə həmin cinayətlərin üstünü açdığını deyir:

KEÇMİŞ SAHƏ MÜVƏKKİLİ POLİSİN "XƏBƏR MƏNBƏLƏRİ"Nİ BELƏ İZAH EDİR

“Bu tarixən olub, həmişə də olacaq. Həmin adamlarla daxili əmrlər əsasında əməkdaşlıq edilir. Hətta o adamlar onlara yazılan maaşı belə özləri götürmür. O, hansı polis idarəsi ilə əməkdaşlıq edirsə onun pulunu idarə əməkdaşı götürüb həmin şəxsə verir. Yəni “işverən” hansı polis idarəsi ilə əlaqəlidirsə oradan pulunu götürür”.

Hüquqşünas Əyyub Kərim isə polis yanında yaradılan İctimai Şuranı belə əməkdaşlığa bariz nümunə sayır. Deyir ki, xəbər verənlər olmasa polis effektli işləyə bilməz:

“Yoxsa sahə müvəkkili yuxusunda görə bilməz axı onun nəzarət etdiyi ərazidə nə baş verir, kim hara gedir, hardan gəlir. Sahə müvəkkilinə hər şeyi informasiya daşıyanlar verir.”

Əyyub Kərimin fikrincə, büdcədən hüquq-mühafizə orqanlarına ayrılan pulda həmin ştatdankənar əməkdaşların da öz payı var. O bu pulların “sair xərclər” adı altında nəzərdə tutulduğunu bildirir.
XS
SM
MD
LG