Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

Obama seçkiləri udur

Prezident Barack Obama daha dörd il ABŞ-ın presidenti olacaq. Obama tərəfdarları Çikaqoda şənlik edir

05:09 7.11.2012
BRİTANİYADA AMERİKA HƏYƏCANI

Britaniyadakı çoxminlik ABŞ icması üzvlərindən bəziləri öz ölkələrinin poçtla səsvermə sistemini kəskin tənqid ediblər.

Onlar bildirirlər ki, poçt səsverməsinə qeydiyyat zamanı texniki problemlərlə üzləşiblər.

Britaniyada təxminən 250 min Amerika vətəndaşı yaşayır və onların səsləri ABŞ prezidenti seçkilərinin nəticəsinə əhəmiyyətli təsir göstərə bilər.

Ətraflı Zülfüqar Rüfətoğlunun yazısında
03:40 7.11.2012
ARTIQ BƏZİ ŞTATLARDAN İLKİN NƏTİCƏLƏR DAXİL OLUR

Indiana (bu ştatın 11 kollegiya səsi var) - Romney 63% - Obama 35%

Kentucky ştatı (8 səs) - Romney 69% - Obama 30%

Nyu Hampşir (4 səs) - Obama 65% - Romney 33%
02:55 7.11.2012

Texasın Mansfield şəhərində seçki məntəqəsi
Texasın Mansfield şəhərində seçki məntəqəsi
23:04 6.11.2012
Sandy qasırğasının ziyan vurduğu ərazilərdə də səsvermə üçün şərait yaradılıb.

New York və New Jersey-də çadırlarda müvəqqəti seçki məntəqələri yaradılıb.

Qasırğadan sonra hələ də 1 milyon ev və biznes qurumu işıqsızdır. Minlərlə ev ya dağılıb, ya da onlara ciddi ziyan dəyib.

New York və New Jersey qubernatorlarının həmin ərazilərdə səsvermə üçün yaratdığı şəraiti alqışlayan və səs verənlər az olmayıb.

New York qubernatoru Andrew Cuomo deyib ki, “Biz hamının səs verməsini istərdik. Əgər kimsə məcburi köçkündürsə, bu o demək deyil ki, seçki imkanından da məhrum olmalıdır”.

Qasırğadan ziyan görmüş evlərin sakinlərinə yaşadığı ştatların istənilən başqa bölgəsindəki məntəqədə səs vermək şəraiti yaradılıb.

Davamı

XS
SM
MD
LG