Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:41

ABŞ səfiri Ermənistanda yeni iş yerləri vəd edir


John Heffern
John Heffern
-
ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini canlı izləmək üçün bu ölkənin Ermənistandakı səfirliyinə xeyli şəxs dəvət almışdı.

Toplaşanlar qarşısında çıxış edən ABŞ-ın Ermənistandakı səfiri John Heffern bildirdi ki, Obama-nın ikinci prezidentliyi dövründə də ABŞ Ermənistan və Cənubi Qafqazı diqqət mərkəzində saxlamaqda davam edəcək:

«Obama administrasiyası və Dövlət katibi Hillary Clinton Ermənistan və Cənubi Qafqazı diqqətdə saxlayırdı. Hillary Clinton iki dəfə Yerevanda oldu. Buna qədərsə 18 il ərzində dövlət katiblərindən heç biri Ermənistana səfər etməmişdi. Prezident Obama Rusiya prezidenti Dmitry Medvedev və iki Fransa prezidenti ilə birlikdə ATƏT-in Minsk qrupunun fəaliyyətində iştirak edib. Düşünürəm ki, ikinci prezidentlik dövründə də bu, davam edəcək».

ABŞ səfiri qeyd edib ki, Obama-nın ikinci müddətə prezidentliyi zamanı Ermənistan-Amerika münasibətlərində iqtisadi məsələlər xüsusi əhəmiyyət daşıyacaq:

«İqtisadi əməkdaşlıq elə bir sahədir ki, orda dəyişiklik ola bilər. Ümid edirəm ki, bu, baş verəcək. Ermənistanda iş yerlərinin yaradılması bu ölkə üçün mühüm məsələdir. Hesab edirəm ki, Obama-nın ikinci prezidentliyi müddətində iki ölkə münasibətlərində əsas dəyişiklik iş yerlərinin yaradılması, ikitərəfli ticarət və investisiya qoyuluşu ilə əlaqədar olacaq».

ERMƏNİSTANIN XEYRİ...

Richard Giragosian
Richard Giragosian
Politoloq Richard Giragosian da deyir ki, Ermənistan və Amerika sıx münasibətlərini davam etdirəcəklər. Politoloqun fikrincə, Ermənistan üçün ABŞ-ın Rusiya və İranla münasibəti daha əhəmiyyətlidir:

«Hər şeydən öncə, yeni Obama administrasiyasından İranla müharibə təhlükəsinin azaldılmasına yönəlik yeni dialoq gözləməliyik. Bu da əlbəttə, Ermənistanın xeyrinə olacaq. İkincisi, ABŞ-Rusiya arasında münasibətlərin yaxşılaşmasına istiqamətlənmiş fasiləsiz səylərin davam edəcəyini gözləmək olar. Bu da həmçinin Ermənistanın xeyrinədir».

Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, R.Giragosian-ın proqnozlarına görə, Obama administrasiyası Ermənistanla münasibətləri normallaşdırması üçün Türkiyəyə təzyiq göstərməkdə davam edəcək.

«BƏYƏM O, ÖLKƏNİ PİS İDARƏ EDİR?»

Yerevan sakinləri də ABŞ-da prezident seçkilərinin nəticələrini ümumilikdə müsbət qarşılayırlar:

- «Obama-nı seçdiklərinə görə amerikalılara afərin, hərçənd Romney-i də seçsəydilər, eyni sözləri deyəcəkdim. Çünki əminəm ki, bu, onların seçimidir.

- «Yaxşı ki, onu təkrar seçdilər. Bəyəm o, ölkəni pis idarə edirdi? Rusiya və Ermənistanla da yaxşı münasibəti vardı.

- «Mən Romney-ə üstünlük verirdim, çünki Respublikaçılar Partiyasını dəstəkləyirəm. Ancaq bu, onların seçimidir. Necə istəyirlər, elə də edirlər.
XS
SM
MD
LG