Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Britaniya radikal müsəlman ruhanisini azadlığa buraxdı


Avropada Al-Qaeda terror şəbəkəsinin fəallarından biri olduğu iddia edilən radikal ruhani Britaniyada azadlığa buraxılıb.

İordaniyadan olan Abu Qatada haqda ölkəsində bomba partlayışı təşkili haqda hökm çıxarılıb. 2002-ci ildən Britaniyaya gələndən bir müddət həbsdə olub. Ancaq noyabrın 13-də Britaniyanın imiqrasiya məhkəməsi qərar verib ki, Abu Qatadanı ədalətli məhkəmə araşdırması təmin olunmayacağı üçün İordaniyaya ekstradisiya etmək olmaz və o şərtli azadlığa buraxılıb.

Hakimin qərarına görə, ruhani qolunda xüusi izləyici elektron qolbaqla gəzməlidir, internetə girə bilməz.

Ötən ay Britaniya hökuməti 8 illik məhkəmə çəkişmələrindən sonra radikal ruhani Abu Hamzani ABŞ-a ekstradisiya eləmişdi.
XS
SM
MD
LG