Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

Suriya müxalifətinin Fransada səfiri oldu


Arxiv foto
Arxiv foto
-

Suriya müxalifətinin yeni yaratdığı Suriya Milli Koalisiyası Fransaya səfir təyin edib.

Məlumatı Parisdə koalisiyanın lideri Ahmet Muaz al Khatib-lə görüşən Fransa prezidenti Francois Hollande verib.

Fransa Suriya Milli Koalisiyasını Suriya xalqının vahid təmsilçisi kimi tanıyan ilk qərb ölkəsidir.

Fransa prezidenti ilə görüşdə Ahmet Muaz el Khatib Suriya müxalifətinə göstərdikləri dəstəyə görə təşəkkür edib. Deyib ki, «Suriya xalqı azadlığı üçün qan töküb. Bu xalq indi beynəlxalq cəmiyyətdən haqlarını və zalım Suriya rejiminə qarşı təhlükəsizliyinin təmin olunmasını istəyir».

SURIYA ÜSYANÇILARI HÖKUMƏT QOŞUNLARININ BAZASINI ƏLƏ KEÇIRIB

Bu arada Suriya müxalifətçiləri bildirib ki, ölkənin şimalında, Türkiyə ilə sərhəddə hökumət qoşunlarının bazasını ələ keçiriblər. 15 tank, artilleriya topu, 18 hərbçi əsir götürülüb.

Müxaliflər bununla bağlı video görüntüləri İnternetdə də yerləşdirib.

Bundan əvvəl üsyançılar İraqla sərhəddəki hərbi aerodromu və bu ərazidə yerləşən Abu-Kemal şəhərini ələ keçirdiklərini bildirmişdilər.

Bazar günü hərbi əməliyyatlar Dəməşq ətrafında da davam edib.
XS
SM
MD
LG