Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:25

Bəxtiyar Hidayətin kitabı satışdan yığışdırıldı (Kitabçının münasibəti)


-

Qazaxda yaşayan şair Bəxtiyar Hidayətin şeirlər kitabı Bakıdakı “Akademiya” mağazasında satışdan çıxarılıb.

Bu barədə müəllifin özü AzadlıqRadiosunun "Oxu zalı"na məlumat verib:

“Ağ qaranlıqlar” adlı kitabım siyasi məzmunludur. Hakimiyyəti tənqid edən şeirlər var orda. İki gün əvvəl mənə zəng eləyib dedilər ki, siyasi kitab olduğu üçün onlar bunu sata bilməzlər, gəl kitablarını apar”.

Bəxtiyar Hidayət “Akademiya”ya 10 nüsxə kitab verdiyini deyir:

“Kitab bu ilin mayında çap olunub. Bakıda başqa mağazalara da vermişəm. Noyabrın 15-də də satmaq üçün “Akademiya” mağazasına da kitab göndərdim”.

"Akademiya" kitab mağazasının meneceri Niğar İsmayılova bildirib ki, həmin kitabda dövlətçilik əleyhinə, milli-mənəvi dəyərlərə zidd məqamlar olduğu üçün onlar kitabın satışından imtina ediblər:

“Biz müəllifinin iqtidaryönlü, ya müxalifətçi olmasından asılı olmayaraq, hər kəsin kitabını satırıq. Amma bu kitabda dövlətçiliyə zidd məqamlar var”.

“Dövlətçilik əleyhinə deyəndə konkret nələr nəzərdə tutulur” soruşanda isə menecer dedi ki, “kitabda ayrı-ayrı məmurlar tənqid, təhqir olunur: “Biz bu kitabı sata bilməzdik. Mağaza rəhbərliyinin ümumi qərarı belə olub”.
XS
SM
MD
LG