Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:11

Əyyub Qiyas "Yarımçıq" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

-

Dayılarımın ən balacası Şəmildir, vallah düz sözümdü, Şəmil mənim dayımdır, amma mən ona heç oxşamadım, nə uşaqlıqda, nə də böyüyəndən sonra...

Onunla aramızda cəmi üçcə yaş fərq var. Babamla nənəmin soz birgə yaradıcılıq məhsuludur o. Şəmil allahın bəlasıdır, amma nənəm onu çox istəyir. Şəmil doğulandan bir il sonra babamı maşıb vurub və Şəmilə dərman almağa gedən kişi evə tabutda qayıdası olub... Amma nənəm Şəmili yenə çox istəyir.

Dayılarım arabr Şəmilin qulağının dibini qızdırılar, çünki bəzən hamının içində elə tərbiyyəsizlik eliyir ki, qulaq qızdırmaq o hərəkətə görə mükafat kimi bir şey olur. Şəmil də gözünün süyunu burnunun suyuna qarışdıra-qarışdıra ağlasa da, dayılarımı nənəmlə qorxutsa da, arvada heç nə demir. Şəmilin bu xasiyyəti, yəni xəbərçilik etməməsi mənim xoşuma gəlir. Çünki dayılarımdan hansınınsa arvadlarının yanında təhqir olunmalarını istəmirəm. Nənəmsə qəhrəmandır, əlindən hər şey gəlir.

Dayılıraım yaşca çox böyükdür, amma nənəmdən it kimi qorxurlar. Nənəm qəhrəmandır axı... Filan qədər orden-medalı var. Amma mən nənəmdən qorxmuram, çünki evin tək oğluyam, nənəm məni də çox istəyir.

Ortancıl dayımla Şəmilin arasında on bir il fərq var. Arada nənmin bir-iki uşağı da olub və böyüməyə ərindikləri üçün də ölüblər. Bunu Şəmil deyir. Deyir ki, bilsəydim mən də uşaqlıqda ölərdim, böyüməyə həvəsim yoxdur, indi də ölmək istəmirəm.

Amma Şəmil yaşayır. Və nənəm də onu çox istəyir.

Böyük dayımın arvadı urusdu. Dayım əsgərlikdən gələndə, Saratovdan vurub qoltuğuna gətirib onu. Adı Anyadır. Amma nənəmdən və məndən başqa hamı ona nədənsə Ənyə deyir. Nənəmsə ona müsəlman adı qoyub- Ayna! Mənsə onu öz adıyla çağırıram- Anya!
Uzun müddət hamımız elə bilirdik ki, nənəm gəlininə doğrudan da müsəlman adı qoyub. Amma mən böyüyənədn, nənəminsə qəhrəmanlığından bir şey qalmayandan sonra başa düşdüm ki, arvadın dili yatmırmış Anya deməyə, ona görə də “N” hərfiylə “Y” hərfinin yerini dəyişib deyirmiş.

Bir gün Şəmil neyləmişdisə Anyanın qışırığı həyəti başına almışdı. Gəlin başqa heç nə demirdi, brcə “da on nedonoşennıy”- deyib çığırırdı. Dayım nə qədər elədisə Anya Şəmilin nə etdiyini boynuna almadı. Mən Anyanın “ne donoşennıy” sözünü başa düşməsəm də, nəsə yaxşı söz olmadığını da bilirdim. Şəmilsə elə bilirdi ki, Anya ona yaxşı söz deyir. Sonradan, Şəmil əsgərlikdən gəlib onu özüylə birlikdə Saratova aparana qədər Anya ona elə nedanoşennıy dedi və hamı da bu sözə alışdı.
Hə Şəmil neyləmişdi? Yəqin o gün mənə rahatlıq verməyən maraq sizi də narahat edir indi. Qoyun deyim... Anya hamamda çimərkən Şəmil ayağının altına nərdivan qoyub ona baxmışdı, Anya da bunu ancaq çimib qurtaranda, paltarlarını geyinəndə görmüşdü. Mən bunu lap sonralar eşitdim. Anya qocalanda, danışdı bunları mənə. Bir gün Şəmilin həyətdəki taxtının üstündə oturub rus ləhcəsiylə danışa-danışa dedi ki:
-Şəmil yaxşı oğlan idi. Uşaqlıqda nə qədər dəcəl, nə qədər tərbiyyəsiz idisə, böyüyəndən sonra tamam dəyişmişdi,-dedi. Sonra da Anya gözlərini alça ağacının çiçəklərinə zilləyib bir qədər fikrə getmişdi, yadına nəsə salıb gülmüşdü, o güləndə mən hiss etmişdim ki, Anya qocalıb. Çünki bir vaxtlar hamımız Anyaya vurulmuşduq. Ondan qəribə, əvəzsiz bir ətir iyi gəlirdi. Mən arada xəlvətə salıb bir-iki dəfə onun bənövşə rəgli donunu iyləmişdim. Bizim qadınlarıln heç birindən elə iy gəlmirdi. Hətta anamdan da çox vaxt yağ-soğan iyi gəlirdi və bəzən mən istəyirdim ki, mənim anamdan da Anyanın ətri gəlsin.
Düz sözümdü vallah, Anya qocalmışdı. Onun mırıq dişləri, sallanan yanaqları, qırışmış dərisi onun qocalığını adamın gözünə soxurdu.
Sonra Anya qəfildən hönkürməyə başladı. Əli ilə Şəmilin taxtını oxşaya-oxşaya ağladı. Mən hiss edirdim ki, Anya darıxdığından ağlayır. Təkliyindən ağlayır.
-Şəmil yaxşı oğlan idi. Otuz bir il dayınla yaşadıq, bir dəfə də ağlından keçmədi ki, mən qəıribəm, mənm də vətənim var... Amma Şəmil əsgərlikdən gələn kimi məni də götürüb zornan Saratova apardı. Anamın səksən yaşı vardı, atamsa ölmüşdü. Arvad məni tanmıadı ki? – Anya susub üzümə baxdı:
-Çox dəyişmişəm?- deyib elə soruşdu ki, mən sadəcə yalandan:
-Yox,- dedim,- mən səni necə görmüşəmsə elə də qalmısan.
Sonra Anya Şəmilin o çimənədə hamamın balaca pəncərəsinə dırmaşıb ona baxdığını danışdı. Amma daha əsiləşmədən,çığırmadan danışdı. Hiss edirdim ki, o anları xatırlayıb ləzəəzt alır:
-Yaxşı günlər idi, vallah,- Anya dedi,- hamı bir-biriynən qaynayıb-qarışırdı. İndiki kimi olsaydı, mən bir gün burda qala biləzdim. Hamı başıma and içirdi.
-Yadımdadı...-mən dedim.
-Sən onda balacaydın.
-Amma hər şey yadımdadı.
Anya fikrə gedib susdu. Sonra mənə baxıb:
-Şəmil mənə baxmağını sizə danışmışdı o vaxt?- maraqla xəbər aldı.
-Yox,- dedim,- amma o gündən sonra hər gün dəniz sahilində qumdan qadın düzəldirdi, sonra özü də uzanırdı onun üstünə.
-Şəmil mənə vurulmuşdu,- Anya nəsə bir dövlət sirri açırmış kimi pıçıltıyla danışdı.- Sarataova gedəndə yol boyu mənim cavanlığımdan danışdı. Mən onda hiss elədim ki, mənə vurulubmuş. Amma Şəmil sənin dayılarıvın arasında ən yaxşısıydı. Nənən ərköyün böyütmüşdü onu. Yoxsa onun kimi oğlan yox idi ki, bu kənddə.
Dayım öləndən sonra Anya tamam tək qalmışdı. Övladları olmadığından, dayım başqa arvad alıb rayon mərkəzində yaşamışdı. O arvaddan bir oğlu bir qızı vardı dayımın. Amma dayım Anyanı sevdiyi kimi heç kəsi sevmirdi. Bunu hər kəs bilirdi.
Anyaya mən baxırdım... Baxırdım deyəndə ki, anamın vəsiyyətini yerinə yetirirdim, arvad öləndə mənə tapşırmışdı onu. Ona görə də mən də məcbur idim ki, bayramdan-bayrama da olsa ona baş çəkəm.
-Nə deyirdin Şəmilə?- Anyadan xəbər aldım.
-Nə deyirdim ki?-gözlərini döyə-döyə mənəı baxdı.
-Ad qoymamışdın ona, nə deyirdin hamam söhbətindən sonra Şəmilə?
Anya çiyinlərini çəkdi:
-Bilmirm.
-Ne donoşennıy demirdin ona?
-Hə... –Anya uğunub getdi özündən.- Onu deyirsən?
-Düz deyirdin... Yəni sənin dediyin oldu. Basdıranda mən qoydum onu qəbirə... Yarısı yox idi...

****
Gecə saat üçdə telefon zəng vuranda anamın tir-tir əsdiyini gördüm. Arvad mənə baxa-baxa:
-Götürmə,- dedi, - yuxumu qarışdırmışam, yaxşı xəbər olmayacaq.
Telefonsa susmurdu ki...
-Eşidirəm...
Kimsə ağlayırdı xəttin ö üzündə.
Anamın xatirinə dəstəyi yerinə qoyub telefonu xətdədn ayırmaq keçdi beynimdən, elə bil mənimlə danışmaq istəyən adam bunu hiss etdi və tez də danışmağa başladı:
-Şəmil minaya düşdü. Allah rəhmət eləsin... – Sonra ani bir pauza oldu xətdə, sonra adam yenə danışdı. – Sabah səhər saat doqquzun yarısında Zabrat aeroportunda olun, qarşılayın... Çoxlu yaralı, şəhid var... Getdi uşaqlar, getdi...
Adamın göz yaşları telefonun dəstəyindən üzümə sıçradı sanki.Yoxsa mənim gözümdə yaş nə gəzirdi... Mən ağlaya bilmirəm ki...
Dəstəyi sinəmə sıxıb anama baxırdım. O heykələ dönmüşdü. Məndən heç nə soruşmurdu. Gözləri də yaşarmamışdı, amma içindən ağladığını dəqiq bilirdim. Çünki onun mənim yanımda ağlamağını bu vaxta qədər görməmişdim... Və görmədim də...
Yaxşı yadımdadır... 1991-ci ilin 20 yanvar səhəriydi. Metro pulsuz... Çayxanalarda ehsanlar... Bakı hüznlü və dolmuş. Bakı da anama oxşayırdı o gün. İçindən ağladığını hiss edirdim onun da.
Zabrat aeroportunda adam əlindən tərpənmək olmurdu. Helikopter altı saat gec gəldi və bu altı saatda allah bilir burda olanlar hərəyə neçə dəfə ölüb dirildilər.
Helikopterdən qan iyi gəlirdi...
Şəhidlərin içində Şəmil yox idi.
Helikopterlə gələn zabitlərdən biri dilucu dedi ki, axşama yaxın bir helikopter də gələcək, yəqin Şəmili onunla gətirəcəklər.
Şəmil o axşam da gəlmədi. Anamdan qaçırdım. Altı gün idi ki, evə gecədən xeyli sonra gəlirdim. Gecələrin birində anam mənə:
-Qardaşımın meydini qurda-quşa yem elətmə,- dedi. Cavab verməsəm də, qərara aldım ki, səhər açılan kimi cəbhə bölgəsinə yollanım.
Yuxudan telefonun səsinə oyandım. Anam evdə yox idi. Dəstəyi qaldırıb:
-Eşidirəm, -dedim.
Tanımadığım səs:
-Şəmil Abdullayev adlı qohumunuz var?- soruşdu.
-Var,- dedim və altı gün əvvəl necə ölmüşdümsə eşitdiyim xəbərdən, bir də eynən eləcə ölüb dirildim.
-Ayna Sultanovadakı hospitalda, cərrahiyyə şöbəsindədir. Ailəsinə xəbər verin.
Nə baş veriyini yenə anlamadım. Amma telefon susurdu.
Tələsik üz-gözümə su vurub hospitala yollandım. Cərrahiyyə şöbəsindəki 56-cı palatadaydı Şəmil... amma yarısı yox idi.
Bilmirdim sevinəm, yoxsa kədərlənəm. Onun başının üstünü alıb uğaqlıq illərinin xoş anlarını xatırladım. Xalamgilin iti məni dişləyəndə Şəmil məni çiyninə alıb tibb məntəqəsinə qədər qaça-qaça aparmışdı. Amma məni tibb məntəqəsinə qədər aparan o ayaqlar daha yox idi. Şəmil balaca uşaq boydaydı. Mənim yaddaşımda qalan xatirələrdəki Şəmil boyda.
Əsgərlikdən gələndən sonra nənəm Şəmili polisə düzəltdi. Orduya da polisdən getdi Şəmil, sonra gələmk istəmədi. Nənəm nə qədər elədisə, istəmədi.
-Uğaqlardan ayıbdır,- dedi,- onnar vurşsunnar, mən evdə yorğan altda necə gizlənim?
Sonradan Şəmil bir dəfə üç günlük məzunuyyətə gələndə mənə dedi ki:
-Qaqaş (mənə elə deyəırdi), orda hamı bir-birinə görə qalıb vuruşur... Bir-birimizə görə olmasaydı, heç kəs evini-eşiyini atıb getməzdi oralara.
Səkkiz ay əvvəl yaralananda Gəncədəki hospitala baş çəkməyə getmişdim yanına. Vəziyyəti yaxşıydı. Deyib-gülürdü. Sonra adama bir siqaret öldürmək üçün dəhlizə çıxanda yenə əlini çiynimə qoyub:
-Yadıva gəlir,- dedi,- sənə deyirdim ki, orda hamı bir-birinə görə qalıb vuruşur, yadındadı?
Mən başımı tərpədib xatırladığımı bildirdim. O da siqareti bir dəfəyə çəkib kötüyünü atandan sonra dedi ki:
-Bax elə Vətən odu da... Bir-birimiz bütövlükdə vətənik.
Demək istəyi cümləni qura bilməsə də mən onun nə demək istədiyini yaxşı başa düşürdüm.
Vətən yarımçıq gəlmişdi üstümüzə ... Anyanın dediyi kimi nedonoşennıy gəlmişdi.
Şəmil hospiltaldan çıxanda gördüm ki, onu bizdən də çox istəyən cəbhə dostları, səngər yoldaşları var. Çoxunun da ayağı axsaq, qolu yox...
Amma Şəmil yarımçıq çox yaşaya bilmədi. Cəbhədən- vətəndən yarımçıq qayıdandan sonra həyətdəki alça ağacının altında özünə taxt düzəltdirib onun üstündə oturdu, onun üstündəcə yatdı... O vaxtlar çoxlu kitab oxuyurdu... Kitabların çoxunu da ona mən alıb göndərirdim. Televizora qətiyyən baxmıdı. Deyirdi ki, hər şeyi yalan danışırlar orada. Arabir də Anyaynan zarafatlaşırdı.
Dayım, yəni Anyanın əri bir gün səhər yuxudan duranda Şəmili taxtdan yıxılmış görmüşdü. Şəmil dözə bilməmişdi yarımçıq yaşamağa... Ürəyiynən danışa-danışa bir müddət zülüm elədi ona və bir gün də o ürək bu qədər zülmə dözə bilməyib bezdi Şəmildən...

****

-Anya, Şəmil yarımçıq getdi bu dünyadan... Sən necə demişdinsə elə də oldu... Sənin ağzın fal imiş.
Bu sözləri çoxdan demək istəyirdin Anyaya, anamın xatirəsi olmasaydı onu döyərdim də, bir vaxtlar Şımilə elə dediyinə görə. Mənim sözüm tutdu onu, üzünü əlləri ilə örtüb ağladı, sonra da üzümə baxıb az qala yalvarırmış kimi dedi:
-Məni onun yanında basdırarsan, noolar!
XS
SM
MD
LG