Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:50

Zaqatala zəlzələsinə 320 milyon, Vana 130 milyon [Video]


Zaqatala zəlzələdən 7 ay sonra...
Gözlə

No media source currently available

0:00 0:06:21 0:00

Zaqatala zəlzələdən 7 ay sonra...

-
Zaqatalada ötən gecə temperatur 1-5 dərəcə olub. Gündüz 6-11 dərəcə... Noyabrın sonunda qar yağacağı proqnozlaşdırılır. Atayevlər ailəsi 3 körpəsi ilə hələ də çadırda gecələyir. Onların evi bu ilin mayında baş verən zəlzələ zamanı dağılıb. Ev sahibi Gülzadə Atayeva deyir ki, yubanmanın əsas səbəbi materialların vaxtlı-vaxtında gəlməməsidir:

«4 aydır tikinti gedir. Materialın biri gəlir, biri gəlmir. Nə qədər iş içraçısını çağırıb desək də, heç nəyə baxan yoxdur. Dövlət qoyan xərci bizə versəydilər, çoxdan tikmişdik də, içinə də köçmüşdük. Hələ bundan daha yaxşısını, ikiotaqlı yox, 3-4 otaqlısını tikəcəkdik».

Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlət büdcəsindən 320 milyon manat vəsait ayrılıb. Onun xərclənməsi Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə olunub.

Zəlzələ zamanı Şəki və Qaxda, Zaqatala və Balakəndə 6 min evə ziyan dəyib. Bu evlərin yarıdan çoxu - 3 min 500-ü uçurdulub.

«VƏSATİN 73%-İ XƏRCLƏNSƏ DƏ, İŞLƏRİN 1/5-İ GÖRÜLMƏYİB»

«Noyabrın 1-nə olan məlumata görə, artıq 482 ev təhvil verilib».

FHN-dən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının informasiya sorğusuna cavabda belə deyilir. Zəlzələdən ziyan dəymiş 35 məktəbdən 6-sı istifadəyə verilib. 9 məktəbin də tikintisi başa çatmaqdadır.
Zəlzələdən ziyan dəymiş 35 məktəbdən 6-sı istifadəyə verilib
Zəlzələdən ziyan dəymiş 35 məktəbdən 6-sı istifadəyə verilib
Qalan məktəblərin gələn ilin mayınadək təhvil verilməsi nəzərdə tutulur.

«FHN 320 milyon manatın 235 milyonunun xərclədiyini bildirir. Bu o deməkdir ki, vəsaitin 73%-i xərclənsə də, işlərin 1/5-i görülməyib».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının zəlzələ zonasından hazırladığı hesabatda belə deyilir

Hesabatda ayrıca vurğulanır ki, vəsat xərclənərkən evlərin qiyməti şişirildilib. Məsələn, 2-otaqlı mənzilin tikintisi 45 minə, 3 otaqlınınkı 65 minə, 4 otaqlınınkı 75 min manata başa gəlib. Hesabatda bilirilir ki, real qiymət bundan 2 dəfə azdır.

«3-OTAQLI EVİN TİKİNTİSİ 24 MİNƏ, YOXSA 65 MİNƏ BAŞA GƏLƏR?»

Vaxtilə daşqınlarla əlaqədar «Əmlak Ekspert Sevris» Qiymətləndirmə Şirkətinin qiymətləndirməsində Saatlı rayonunun Dəllər kəndində inşa edilən 3-otaqlı 78.5 kvadratmetrlik evin dəyəri 23 min 959 manat müəyyənləşdirilib. FHN həmin tikintini 65 min manata başa gətirib.

Yeri gəlmişkən, Kür daşqınlarından fərqli olaraq, zəlzələ zonasında tikilən evlərdə hamam və tualetin inşası nəzərdə tutulmayıb.

Hesabatda bildirilir ki, evlərin tikintisi zamanı vəsaitin yarısından çoxu mənimsənilib.


Otaqların sayı

Podratçı şirkətə verilən nağd vəsait Yaşayış sahəsi 1 kv.metrin qiyməti Layihədə podratçı şirkət üçün nəzərdə tutulan vəsait Yaranan fərq/ mənimsənilən vəsaitin həcmi

2 otaqlı

25 min manat 90 kv.m 500 AZN 45 000 AZN 20 000 AZN

3 otaqlı

33 min manat 131 kv.m 500 AZN 65 500 AZN 32 500 AZN

4 otaqlı

52 min manat 151 kv.m 500 AZN 75 500 AZN 23 500 AZN

5 otaqlı

58 min manat 180 kv.m 500 AZN 90 000 AZN 32 000 AZN

«TİKİNTİNİ APARAN ŞİRKƏTLƏR ÖLKƏ RƏHBƏRLƏRİNİN HİMAYƏSİNDƏDİR»

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin fikrincə, işlər qapalı və qeyri-şəffaf aparılır. Tikintini hansı şirkətlərin gerçəkləşdirməsi, bu şirkətlərin necə seçilməsi və digər suallar qaranlıq qalır:

«Bu şirkətlər haqda məlumat əldə etmək çox çətindir. Əldə etdiyimiz qeyri-rəsmi araşdırmalara görə, bu şirkətlərin əksəriyyəti Kür daşqını bölgəsində də çalışıb. Kür bölgəsində olduğu kimi, burada da şirkətlər seçimi tendersiz həyata keçirilib və beləcə, rəqabət mühiti yaradılmayıb. Şirkətlərin çoxu ölkə rəhbərliyinin himayəsindədir».

CAVABSIZ SUALLAR...
Zaqatalada zəlzələ, may 2012
Zaqatalada zəlzələ, may 2012

FHN «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının dövlət vəsatinin hara və nə qədər xərclənməsi ilə bağlı sorğusunu cavablandırmayıb. AzadlıqRadiosunun müraciətləri də gözardı edilib.

Kür daşqınına xərclənən vəsaitlə bağlı sorğu da hələ cavablandırılmayıb. Cəmiyyət sorğunun cavablandırılması tələbi ilə məhkəməyə üz tutub.

AzərTac-ın məlumatına görə, noyabrın 16-da zəlzələ zonasına baş çəkən Fövqəladə Hallar naziri soyuq havalarda çadırlarda yaşamağın mümkünsüzlüyünü xatırladaraq, çadırların yalnız ev əşyalarının saxlanılması üçün nəzərdə tutulduğunu söyləyib. Tikintisi gələn ilin yazında bitəcək sakinlər üçün 10 mənzilli müvəqqəti evlər gətirilib.

«400 MİLYONLUQ İŞ BAŞA ÇATMAYIB, TÜRKİYƏDƏ İSƏ 130 MİLYONA YENİ ŞƏHƏR SALINIB»

«Ötən il Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra sözügedən iri yaşayış bölgəsi bir il içində yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon ABŞ dollarına (təxminən 130 milyon manata- red.) başa gəldi. Amma Kür-Araz bölgəsinə 2 ildir ki, dövlət büdcəsindən bundan 3.5 dəfə artıq vəsait ayrılmasına baxmayaraq, problemlər hələ də həllini tapmayıb». - Hesabatın sonunda belə deyilir.
XS
SM
MD
LG