Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Yalçın Küçük. Diktatorluğun məddahlarına


Yalçın Küçük, televiziya proqramında
Yalçın Küçük, televiziya proqramında
-

Türk jurnalisti həbsdə necə alçaldılmasından yazır:

“Vəkillə hər görüşdə dörd dəfə barmaqlayırlar, bir də kazarmadan çıxanda...



Türkiyə həbs olunan yazarların və jurnalistlərin sayına görə dünyada liderdir. Hələ pulla ələ alınan, şantaj və digər üsullarla susdurulanları saymıram.

Demək olar ki, bu ölkədə ilə bir-iki junalist öldürülür, ayda 3-4 jurnalist tutulur, hər il yazdıqlarına görə minlərlərə adama qarşı cinayət işi qaldırılır.

Yalçın Küçük həbs olunan türk yazarlarından sadəcə biridir. O Türkiyədə 1960-cı il dövlət çevrilişinin fəal iştirakçısı və 1980-ci il çevrilişinə qarşı kampaniyanın təçkilatçısıdır.

Onun həyatı boyu neçə dəfə həbs olunması və hansı cinayət işlərindən bəraətlə çıxması sadalamaqla bitməz.

Demək olar ki, həyatının xeyli hissəsini həbsxanalarda və sürgünlərdə yaşayıb. Lakin bu çəkişmələrin arasında onun elmlə məşğul olmağa vaxtı da olub. O bir çox dil öyrənib (həmçinin kürd dilinin ləhcələri üzrə mütəxəssisdir).

Onomastika (adların mənbəyini öyrənən dilçilik sahəsi), ivritologiya, yəhudişünaslıq üzrə fundamental araşdırma kitabları var. Ümumiyyətlə o solçudur, əksəriyyəti sosializmə və Türkiyənin müasir dövrünə aid olan yüzə yaxın kitabı çıxıb.

Yalçın Küçük, Türkiyədə yeni dövrün ən mahir konspiroloqlarından biridir. Kimsə əgər bircə dəfə də olsun onun çıxışlarına qulaq assa, anlayar ki, bu adam hər şeyə bələd olan natiqliklə bərabər həm də tam qorxusuz, qarşısıalınmaz bir cəsarət sahibidir. Elə buna görə də, o artıq iki ildir ki, “Ergenekon” və “Odatv” cinayət işləri ilə bağlı həbsdədir.

O bir müddət əvvəl həbsxanadakı şərait və bu şəraitlə boğuşan müxalif yazarların, hakimiyyətyönümlü mətbuat tərəfindən aşağılanmasına qarşı üsyan etdi. Düşündüm ki, Yalçın Küçüyün həbsxanadan yazıb göndərdiyi insanın içini parçalayan yazısı, bənzər problemləri yaşayan Azərbaycan ictimaiyyəti üçün də maraqlı olacaq.

Namiq Hüseynli


Yalçın Küçük


SİLİVRİ HƏBSXANASI VƏ DİKTATORLARIN MƏDDAHLARI

Mən bir leyləyəm və “super” həbsxanadayam. Hər diktatorluğun məddahları var. Bilməzlər.

Mən bir leyləyəm, mavili, göylü paltar geyinmiş birisini görən kimi, dərhal qollarımı yanlara açıram, uzaqdan baxanlar uçduğumu görürlər. Amma çox uça bilmirəm, çünki “super” bir həbsxanadayam. Malatyadayam, yanımda ən az iki göy paltarlı var. Diktatorluğun məddahları gəliblər, rahat-rahat uçuruqmuş onu yazıblar.

Mən leyləyəm, onlar özlərini jurnalist sanırlarmış, elə bilirlər dəlixanadadırlar. Ağıllarını itiriblər, ürəklərini yeyiblər, ürəksizdilər. Beyin salatı düzəldiblər, beyinsizdilər. (ardı aşağıda)



Barmaqlama həbsxanası

İki nömrəlidə narkotika üstündə tutulanlar var. Üstlərində narkotika gizlədərlər deyə, üstlərini axtarırlar. Haraya gizlədirlər, yəqin saxlancları var, qaranlıq bir dəlik, bax göy paltarlılar oralara baxırlar. Mən leylək ikən göy paltarlılar otağıma dolurlar.

Mən bir leyləyəm və “super” həbsxanadayam. Göy paltarlılarmı barmaqlayırlar, insan dəliklərində narkotikamı axtarırlar? Uçurdurlar. “Super” həbsxanamda, yaxşı barmaqlayırlar. Barmaqlamaları superdir. Vəkilmi, nə mənası var. Bəhanədir, əsas barmaqlamaqdır.

Vəkillə hər görüşdə dörd dəfə barmaqlayırlar, bir də kazarmadan çıxanda. O vaxtlar “malta” deyirdik kazarmalara, görən kimi əllərimizi qaldırırdıq. Narkotika axtarırlar, axtaracaqları yeri bilirlər, barmaqlayıb qarışdırırlar. Görüş otağının önündəcə, barmaqlayıb, qarışdırırlar. Sağollaşıb çıxdımmı, yenə də leyləyəm, dərhal qollarımı qanad kimi yanlara açıram, uçuram, göy paltarlılar barmaqlayırlar, işlərini görürlər. Bir növ orgiya deyə bilərik buna.

Divarın içində yeriyən adamın rəsmi. Geri qayıdandaysa, Nedim Şener (türk jurnalisti və yazıçısı, 2011-ci ildə həbs edilib) “malta”dadırsa nə gözəl qışqırır, “Yalçın Küçük gəlir, qaçın ha, cinayət gəlir”, bunu eşidəndə leylək olsam da utanıram.

Qışqırmasa, divarın içində yeriyirəm, divarın içində yeriyən ilk insan bax bu “super” həbsxanada ortaya çıxdı. Baxmaq çox maraqlıdır, lütfən mənə “sən divarın içində yeriyən adamın rəsmini çəkə bilərsənmi Abidin?” deməyin, çəkərəm, çünki rəsmini beynimə həkk etmişəm. Əldən verərərmmi, mən bir leyləyəm.

Barmaqlama ya da yunan-Roma

Bir dəfə də qayıdanda kazarmamın qapısında barmaqlayırlar. Bu da oldu dörd. Deyirəm axı, mən “super” həbsxanadayam. Bu gedişlə olacağam. Dözə bilmirəm. Təhlükədəyəm, çarə axtarırıram.

Fürsət tapıb, Çağlayanda (Çağlayan - İstanbulda Yalçın Küçüyün məhkəməsi aparılan yerin adı) qışqırdım, “bəsdirin daha”, təbii ki, “qəzetlər” dərhal yazdı və verdilər. Demək istəyirəm, televizorda verdilər. Yanlış anlaşılmaqdan qorxuram. Naməhrəm yerlərimdə narkotika axtarırlar və artıq məndə kompleks yaranıb.

Gənc məmurlardan birinin anası bunu eşidib, “Oğlum, elə etməyin, ayıbdır” – deyib, “orasını-burasını qurdalamayın”, bunun ardınca məndən əl çəkdilər. Yenə də uçuram, amma artıq yunan-Roma güləşçiləri kimi, onlar dərinlərə əl atmırlar.

Dost və düşmən vərdişlər

İnsanın böyük bir dostu varsa, “vərdiş” və insanın böyük bir düşməni varsa, “vərdiş”. Nifrət edirəm ona.

Mənə həmişə elə deyiblər, “gör nə gözəl yatır həbsdə”, bu sözdən utanıram. Kürd İdris bir səhər çox gec oyandırdı məni, yerin altında qazılmış bir kazarmadaydıq. Yuxudan oyananda: “Ay Allah, gör hocam nə gözəl yatır”, - deyərək şərəfləndirdi məni. Bilmirdik ki, həbsdə gözəl yata bilmək, insanlıqdan çıxmaqdır. Həbsdə həmişə pişik olmadığıma yanıram. Həbsdə insan qalmaq, divarı cırmaqlamaq və divarları dırnaqlarla parça-parça etmək deməkdir. Çox təəssüf, çox təssüf edə bilmirəm. “Super” həbsxanada pişik ola bilmirəm. Bir leyləyəm mən.

İradə sındıran: Nəzarətçi

Ustamız Dostoyevski, həbsxana nəzarətçisi peşəsini, iradə sındırmaq kimi təqdim edib, çox-çox düz deyib. İstəməyi qadağan edirlər, ən qısa zamanda artıq biləklərimiz qapını açmağı və örtməyi unudur. Biz qapı açmırıq, qapı nə olduğunu bilmirik və açıb-bağlamamağa öyrəşirik. Qapının o üzündəkilərin hamısını unuduruq.

Bir dəfə çıxmışdım, Ankaraya qayıtmazdan əvvəl idi, Arif Demirtaşla Fəhlə Erol bir gecəliyinə İstanbulda qalmağımızı münasib gördülər. Bebek mehmanxanasında yer ayırmışdılar, ordaydıq. Otağımıza çıxmalıyıq, kiçik mehmanxananın kiçik lifti gəldi, dayandı, biz də dayanmışıq. Təbii ki, köhnə fransız centlmenlərindənik, bizə görə qapını kişi açır, mən kişiyəm, amma qapı açmağı unutmuşam, qapıya baxıb gözləyirik. Sonra Temren (Yalçın Küçüyün həyat yoldaşıdır) sağ olsun, çox vaxt olduğu kimi, evin bu kişi işini də çiyninə aldı, çıxdıq. Çıxmaq, qapını öyrənməkdir.



Qəhrəman tətili

İnsansızlaşdırmadır. Bir dəfə də hamıya eyni tip paltar geydirmək istədilər. Zolaqlı-zolaqlı. Heyvanlaşdıracaqlar. Son zamanların ən böyük həbsxana üsyanı bax budur, insan qalma üsyanıdır.

Böyük aclıq tətili başladı, mən aclıq tətillərini sevmirəm, ancaq tətildən boyun qaçırmaq da heç ağlımdan keçmədi. Xeyli məşhur, Apo, Hasan, Heydər və Fatihi bax o böyük tətildə itirdik. Əvvəlcə Fatihin göz bəbəkləri düşdü, aclıq tətillərində, bir müddət sonra insan özü özünü yeyir. İnsan yüngül olana qaçır, əvvəlcə yumşaq yerlərini yeyib qurtarır.

Onlar sevdiyim, dörd gənc dostlarım idilər, birlikdə aclıq elan elədim, insanlığımız üçün getdilər. Qəhramandılar.

Əvvəlcə sümük bağlarındakı qığırdaqları, göz bəbəklərinin yerdə qalanını və qara ciyərləri yedilər. Yumşaqdır. İnsandılar, dəmir iradəli, - deyirdim. Sonra bunları elədilər.

Hikmət Sami Türk və Əli Suat Ərtosun (Hikmət Sami Türk – B. Ecevit hökümətində Türkiyə Ədliyyə Naziri, Əli Suat Ertosun – Türkiyədə Apellyasiya məhkəməsinin hakimi) baş roldadırlar, ən böyük üsyandır. İnsanlıq üçün içindəyəm. Birincisində öldüm, süqut etdim, ikincisində gözyaşardıcı qazla hücum etdilər, dəsmal ağzımızda idi, boğulmarıq.

Ancaq Bayrampaşada (İstanbulda yer adı, böyük həbsxanalardan biri də orda yerləşir) və bir çox yerdə həbsxanaları yandırdılar. Yananlar bax buraya hücum olmasın deyə öldülər. Nə olur olsun yenə də yaşadım, ölmədim. Yavaş-yavaş ölümsüz insana çevrilirəm.

İnsansızlaşdırma

İnsansızlaşdırmaq üçün buraları tikdilər. İnsan ən çox insana möhtacdır. Necəsə bunu dərk edirlər. İnsan insanla yaşamaqdadır. Kaş bunu bilməyəydilər. Amma diktaturalar bir-birinə bulaşıqdır. Bir-birindən öyrənirlər.

Diktaturanın məddahlarında insanlıq da qalmayıb. Bax elə burada Tuncay Özkan və Mustafa Balbayı (“Ergenekon” işi üzrə həbs olunan iki türk jurnalisti) düz 394 gün insansız qoydular. Və onlar insan olaraq qala bildilər. Onlara insanlıq medalı verməliyik. Hamımız üçün qaldılar.

İnsanlığından çıxanlar

Ehey, insanlıqdan çıxanlar, heç qəlb qalmayıbmış sizdə. İslamçılar ağırlaşdırılmış həbs cəzasını uydurublar, insana və insanlığa kindir bu. İndi orda elə insancıqlarımız var ki, diri-diri qəbirdədilər. Mən onları yada saldıqca ağlayıram, ağlamamaq üçün yada salmıram.

Yaxşı, “bəs ey” məddahlar, necə oldu ki, siz insanlığınızdan çıxdınız, - deyib ağlayıram. Doğuşdan deyə bilmədim. Biz solçuyuq, insandan ötrü ölürük. Elə isə qəzetlər və televizorlar insanların qəlblərini çıxarmaqdadırlar. Söküb almaqdadırlar. Bunlar qəlbsizdilər. Qəlbsizliyi təbliğ edirlər.

Həbsxanada insan qalmaq

Tuncay yazdı ki, iki paltaryuyan icad etdik, biri “topuqmatik” və digəri “qutumatik”. Döşək ağını götürürsən, böyük bir ləyənə qoyursan, üstünə qaynar su, yuyucu toz, sonra topuqlayırsan.

Afərin Çetin Paşa (Çetin Doğan – Türk Ordu generalı, “Balyoz” adlı dövlət çevrilişi planında şübhəli bilinərək həbs olunub), daha sürətli, daha sürətli fırlanacaqsan. Amma işin bu hissəsi asandır, böyük döşəkağını sıxmaq və qurutmaq çətindir.

Ancaq insan ən çox həbsxanada heyrətamiz ola bilir, heç bir çətinliyin qarşısında aciz qalmır. İcad arxasınca icad edirik. Heç kim dayanmır. İnsansızlığa qalib gəlmək üçün. Yeməklər də dadlı imiş, “sizə də qismət olsun”, can sıxıntısı qalmayıbmış, deməli artıq insansızlaşıblar.

Kettle-də (elektrikli çaydan) də dadlı-dadlı yeməklər bişiririk. Çox gözəl olur, bundan sonrası Mehmetin işidir, Perinçeklə (Doğu Perinçek – Türk İşçi Partiyasının lideri, keçmiş millət vəkili, hal-hazırda həbsdədir) sarımsağı bölürük, bir az da üzərinə zeytun yağı tökürük, amma reseptini vermirəm. Fatih Hilimoğlu Hocam (Fatih Hilmioğlu – Tibb üzrə professor və İnönü Universitetinin keçmiş rektoru, “Ergenekon” işi üzrə həbs olunub) pomidor, xiyar salatı düzəltməkdə ustadı. Budur artıq yemək hazırdır, nuş olsun deyirik. İnsansızlığa qalib gəlməyə çalışırıq.

İnsanla heyvan

Biz insanıq. Amma bu dünyada heyvan da var. Mən bir leyləyəm. Və o müqəddəs Göylərə şükürlər olsun ki, bu “super” həbsxanada “straight” (şax, əyilməz) qala bildim. Çətin dövrlər, bizim qarşımızda çətinliklə tab gətirir. Qalib gələcəyik, qalib gəlirik.

Çeviri: Namiq Hüseynli
XS
SM
MD
LG