Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:21

«Təqsirləndirilən şəxslərə qarşı gözyaşardıcı qazdan istifadə edilib»


Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsi
Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsi
-


Bu il Azərbaycanın cəzaçəkmə müəssisələrində məhbuslara qarşı 43 tətbiqetmə faktı olub.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov bildirib.

M. Hümbətov deyib ki, bütün tətbiqetmələr barədə rəhbərliyə məlumat verilib və baş vermiş hallar araşdırılıb. Tətbiqetmələr qanunvericiliyə əsaslanmaqla edilib.

M. Hümbətov 2012-ci il ərzində təqsirləndirilən şəxslərə qarşı 3 dəfə gözyaşardıcı qazdan istifadə olunduğunu da söyləyib:

«Bu hadisələrdən ikisi məhkəmədə olub. Bir hadisə isə vaqonda baş verib. Belə ki, 8 nəfər təqsirləndirilən şəxsin olduğu qatar Kürdəmirdən gələrkən onlardan birinin qohumu ərzaq vermək istəyib. Lakin konvoyun verilən payı götürməyə ixtiyarı olmadığından götürməyib. Bundan xəbər tutan saxlanılan şəxslər itaətsizlik göstəriblər. Bu qəsəbədən onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Bütün bu faktlarla bağlı Cəzaların İcrasına Nəzarət Müfəttişliyi tərəfindən araşdırmalar aparılıb».

M. Hümbətov hazırda Penitensiar Xidmətdə məhbus və saxlanılan şəxslərə qarşı heç bir pis rəftara yol verilmədiyini də vurğulayıb.
XS
SM
MD
LG