Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:45

«Azəriqaz»dan smart kart açıqlaması


Son vaxtlar smart kart tipli qaz sayğaclarının artması və qış fəsli ilə əlaqədar smart kart əməliyyatlarının kəskin artımı fonunda qeyd olunan kartlara ödənişləri edərkən bəzi texniki problemlər müşahidə olunmaqdadır.

«Azəriqaz» İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, bu problemin həlli üçün artıq «Azəriqaz» İstehsalat Birliyi və ödəniş xidmətlərini həyata keçirən «Komtec» şirkəti tərəfindən birgə bir sıra tədbirlər görülüb və müsbət nəticələr əldə edilib.

Bununla yanaşı, kartların işini dəstəkləyən serverlərin gücünün artırılması işləri də uğurla həyata keçirilir. Problem yaranan əməliyyatlar təxminən 2-5% arasında müşahidə edilib. Yaranmış problemin həlli istiqamətində əlavə tədbirlər görülür və qısa zaman ərzində bu problemlərin tam həllinə nail olunacaq.

Problemlərə baxmayaraq sistemdən keçən uğurlu əməliyyat sayı da artmaqdadır. Bu texniki problemlə qarşılaşan müştərilər «Komtec» şirkətinin nöqtələrində problemlərini qısa zaman ərzində həll edə bilirlər.
XS
SM
MD
LG