Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

Avropa Şurası ən yaxşı muzey adını... 1 yaşlı muzeyə verdi


Liverpul Muzeyi
Liverpul Muzeyi
-
Avropa Şurası Mədəniyyət, elm, təhsil və mətbuat komitəsi ən yaxşı saydığı muzeyin adını açıqlayıb.

Avropa Muzey Forumunun rəsmi veb saytında yer alan məlumata görə, 2013-cü ilin ən yaxşı muzeyi—Liverpul Muzeyi sayılıb.

Maraqlıdır ki, bu muzey 2011-ci ildə yaradılıb və qeyri-adi memarlığı ilə seçilir.

AŞPA muzeyi şəhərin tarixi ilə bağlı təşkil etdiyi ekspozisiyaya, mədəniyyətlərarası dialoqa, gənclər və uşaqlar arasında, həmçinin cəmiyyətdə dialoqa xidmətə görə təltif edib.

Təşkilatın fikrincə, muzey insan haqlarına nümunəvi xidmət göstərir.

Ötən ilin iyulunda açılan muzeyi indiyədək 1 milyon adamın ziyarət etdiyi bildirilir.

Liverpul Muzeyi əyalət şəhərinin tarixini əks etdirən, həmçinin Böyük Britaniyada son 100 ildə inşa olunan ən nəhəng milli muzey hesab olunur.

Muzeydə dünyanın ən mühüm limanlarından olan Liverpulun inkişafının müxtəlif dövrlərindən və ölkənin tarixində rolundan bəhs edən 6 min eksponat nümayiş olunur.

Muzeyin kolleksiyasında əsası Liverpuldan başlayan əfsanəvi «Beatles» qrupuna ayrıca bölmə həsr edilib.

Muzeyə gələnlər John Lennon-la Paul McCartney-nin ilk dəfə birgə çıxış etdikləri səhnəni seyr edə bilərlər.

Avropa Şurasının Avropa Muzey Forumu ilə təşkil etdiyi muzey prizi 1977-ci ildən verilir.
Avropa mədəni irsinin inkişafına ciddi töhfə verən muzeylər laureat adını qazanırlar.

2013-cü ilin ən yaxşı muzeyləri sırasında «Qobustan» Muzeyi də vardı.
XS
SM
MD
LG