Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:45

Yenə «Brüsseldən məktublar» gəlir...


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı
-

Dekabrın 26-sı saat 19.00-da Akademik Milli Dram Teatrında Həsən Həsənovun «Brüsseldən məktublar» əsəri əsasında yeni quruluşda hazırlanmış «Qürbətdən gələn məktublar» tamaşasının premyerası olacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov verib.

Tamaşa dövlət sifarişi ilə hazırlanıb, quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

İki hissəli dramda rolları xalq artistləri İlham Əsgərov (Mirzə Fətəli), Laləzar Mustafayeva (Tubu xanım), Hacı İsmayılov (Bencamin Qastino), əməkdar artistlər Elşən Cəbrayılov (Rəşid), Vəfa Rzayeva (Firəngiz və Fransuaza), Əjdər Həmidov (Nəcəf), Kazım Abdullayev (Qriqor Orbeliani), Sabir Məmmədov (Bencamin Qastino), aktyorlar Elnar Qarayev (Rəşid), Şəhla Əliqızı (Firəngiz və Fransuaza) və Elçin Əhmədov (Patrik) ifa edirlər.

Bu əsər 2003-cü ildə də Milli Dram Teatrda tamaşaya qoyulub.

Əsər Mirzə Fətəli Axundzadənin oğlu Rəşidin atasına Brüsseldən göndərdiyi məktublar əsasında yazılıb.
XS
SM
MD
LG