Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:52

Hilal Məmmədodovun məhkəməsi başlayır


Polis tərəfindən məhkəməyə gətirilən “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov
Polis tərəfindən məhkəməyə gətirilən “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov
-
Həbsdə olan “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə hazırlıq iclası yanvarın 9-da keçiriləcək. Bu barədə AzadlıqRadiosuna onun vəzkillərindən Yalçın İmanov məlumat verib.
Vəkilin dediyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Azər Orucov sədrlik edəcək.
2012-ci il iyunun 21-də saxlanılan Hilla Məmmədov Cinayət Məcəlləsinin 3 maddəsi ilə, dövlətə xəyanət,qanunsuz olaraq külli miqdarda narkotik maddə saxlama, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunur.

-
Jurnalistləri Müdafiə Komitəsi Hilal Məmmədovun həbsi haqda bəyanat yaymış, Azərbaycan hakimiyyətini dərhal Hilal Məmmədovu azad etməyə və qəzetin jurnalistlərinə qarşı təzyiqləri dayandırmağa çağırmışdı.
H.Məmmədov 1992-ci ildən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG