Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:38

Suriya rejimi əl-Qaidə liderinin qardaşını yaxaladığını iddia edir


Ayman al-Zawahri
Ayman al-Zawahri
-

Əl-Qaidə təşkilatının lideri Ayman al-Zawahiri-nin qardaşı Mohamed ölkənin cənub-qərbindəki Deraa məntəqəsində müxalifət fəalları ilə görüşməyə cəhd edərkən həbs olunub. Bu barədə Suriyadan gələn məlumatlarda qeyd olunur.

Üsyançılar iddia edirlər ki, Mohamed al-Zawahiri Suriyaya humanitar yardım missiyasında imiş və heç bir zorakı aksiyalarda iştirak etməyib. Əksinə, humanitar yardımın gətirilməsi üçün lokal sülh danışıqları üçün gəlib.

Hələlik, Mohamed al-Zawahiri-nin həbsi barədə Britaniyanın iki qəzeti «The Mirror» və «The İndependent» yazır.

Lakin Yaxın Şərqdə ən geniş müxbir şəbəkəsinə malik «The İndependent» bildirir ki, əgər əl-Qaidə liderinin qardaşı doğrudan da həbs olunubsa, Suriya rejimi bunu mütləq təbliğat alətinə çevirəcək.

MƏN SİZƏ DEYİRDİM...

Yəni, Bashar al-Assad bir daha Qərbə elan edəcək ki, «gördünüz, axı mən sizə deyirdim, bu «inqilabçılar» terroristlərdən başqa bir şey deyillər.

Bashar al-Assad
Bashar al-Assad
Əlbəttə, daha bir şübhə doğa bilər ki, Suriyanın öz xalqı ilə vuruşmağa başı qarışmış rejimi «bu boyda balığı» tək tutub, yoxsa, bu işdə Dəməşqə başqa bir ölkənin xarici kəşfiyyat «balıqçıları» da kömək ediblər.

Osama bin Laden-in ölümündən sonra əl-Qaidə-nin rəhbərliyinə gəlmiş Ayman al-Zawahiri həmişə bəyan edib ki, Suriyanın ziyankar, xərçəng xəstəliyinə bənzəyən rejimi ilə cihadda iştirak, hər bir müsəlmanın müqəddəs borcudur.

O, həmçinin Suriya müxalifətini Qərbin dəstəyindən çəkinməyə çağırıb.

SURİYA ÜSYANINA QARIŞMAQ İSTƏMİRDİ

Bu arada Suriyada əl-Qaidə ilə sıx əlaqələri olan Jabhat al-Nusra islamçı qruplaşması münaqişədə çox qüdrətli bir gücə çevrilib.

Suriyanın qərbpərəst və mötədil müxalifətini kölgədə qoyan bu təşkilatın rəhbəri Abu Muhammad al-Julani, deyilənlərə görə, Ayman al-Zawahiri ilə birbaşa əlaqədədir.
Bununla belə, Ayman al-Zawahiri-nin qardaşı Mohamed əvvəllər Suriya münaqişəsinə qoşulmaq arzusunda olmadığını bildirib.

Bu yaxınlarda Misirdə etdiyi çıxışında o, deyib ki, Suriya üsyanına qarışmaq niyyətində deyil.

Hosni Mubarak (sol) və Anwar Sadat (sağ)
Hosni Mubarak (sol) və Anwar Sadat (sağ)
«The İndependent» xatırladır ki, Zawahiri 1981-ci ildə Misir prezidenti Anwar Sadat-a qarşı sui-qəsdə və başqa terrorçu əməllərdə iştirakı ittihamları ilə 14 il müddətində Qahirə həbsxanasında olub.

Lakin indi o, israr edir ki, hazırda cihadçılarla, adi islamçıların barışdırılması işi ilə məşğuldur.

Mohamed al-Zawahari İslami Cihad təşkilatının hərbi komandanı olub, lakin indi bəyan edir ki, zorakılıqdan əl çəkib.

ÖLÜM XƏBƏRLƏRİ TƏSDİQLƏNMİR

Məsələn o, Sinaydakı barışmaz Sələfi qrupları ilə Misirin İslam Qardaşlığı hökuməti arasında danışıqlar apardığını iddia edir.

Ötən il Mohamed al-Zawahari ABŞ və islamçı qruplaşmalar arasında özünün vasitəçilik rolunu təklif etdiyini bildirir və inandırmağa çalışır ki, bu kimi fəaliyyəti onu davakar islamçıların düşməninə çevirib.

Digər tərəfdən bu təklifin ABŞ administrasiyası tərəfindən ciddi qəbul olunduğunu göstərən heç bir əlamət yoxdur.

Onun Suriyada olması barədə xəbərlər üsyançı mənbələrdən gəlsə də təsdiqini tapmırdı.
Bununla belə, İordaniya ilə sərhəd bölgəsini istehkama çevirmiş Jabhat al-Nusra təşkilatının əmiri Abu Julaybib 2006-cı ildə Amerikanın havadan zərbəsi ilə öldürülmüş İraq əl-Qaidə-sinin keçmiş liderinin qayını kimi tanınır.

Jabhat al-Nusra təşkilartı Abu Julaybib və əl-Qaidə lideri Ayman al-Zawahiri-nin emissarı hesab olunan Julani-nin Deraadakı son döyüşlərdə həlak olduqları barədə Al Jazeera telekanalının xəbərlərini təkzib edib.
XS
SM
MD
LG